Əsas Səhifə > Güney Press / Manşet > KÜRDƏXANI HƏBSXANASINDA MƏHBUS QİYAMI

KÜRDƏXANI HƏBSXANASINDA MƏHBUS QİYAMI


2-08-2012, 16:37
KÜRDƏXANI HƏBSXANASINDA MƏHBUS QİYAMI

ONLAR HƏBSXANA RƏHBƏRLİYİNİN İŞDƏN ÇIXARILMASINI TƏLƏB EDİRLƏR

DİA.AZ: - Həbsxanalarda vəziyyətin dözülməzliyi sirr deyil. Penitensiar Xidmətin rəhbəri dəyişdikdən sonra vəziyyətin də dəyişəcəyi düşünülürdü ki, hələlik bu baş verməyib. Qobustan həbsxanasında baş verənləri əsas götürsək, digərlərində də durumun eyniyyət təşkil etdiyini demək mümkündür.

DİA.AZ-a daxil olan məlumata görə, dünəndən etibarən Kürdəxanıdakı həbsxanada vəziyyət pisləşməyə başlayıb. Həbsxana rəhbərliyinin törətdiyi özbaşınalıq, saxlanılma şəraitinin bərbad vəziyyətdə olması, rüşvətin tüğyan etməsi və məhbuslarla qullara göstərilən münasibətin sərgilənməsi onları ayağa qaldırıb.

Məlumatda deyilir ki, yüzlərlə məhbus həbsxana rəhbərliyinə qarşı çıxaraq, onun vəzifəsindən azad edilməsini tələb edirlər. Həmçinin onlar tələb edirlər ki, saxlanılma şəraitləri yaxşılaşdırılsın və məhbuslarla insan kimi davranılsın.

Geri qayıt