Əsas Səhifə > Güney Press / Manşet > RÖVNƏQ ABDULLAYEV PEŞƏKARLIĞINI GÖSTƏRDİ

RÖVNƏQ ABDULLAYEV PEŞƏKARLIĞINI GÖSTƏRDİ


1-08-2012, 16:36
RÖVNƏQ ABDULLAYEV PEŞƏKARLIĞINI GÖSTƏRDİ

ARDNŞ ŞEFİ ELNUR MƏMMƏDLİNİN MƏĞLUBİYYƏTİNƏ STAVKA ETDİ VƏ…

DİA.AZ: - Bu gün idmançılarımızın olimpiadadakı uğursuzluqları az qala bütün ölkənin ən populyar gündəminə çevrilib. Hər kəs В«idmançılarımız nədən uduzduВ» deyə baş sındırdığı yerdə, YAP-çı deputat Siyavuş Novruzov məğlubiyyətin В«reseptiniВ» açıqlamış oldu. İdmançılarımızın harın həyat yaşadıqlarını dilə gətirən deputatın söylədiyi həqiqətlər əslindən hamının ürəyindən keçənlər idi. Hər halda, buna görə, Siyavuş müəllimi təbrik etməyinə dəyər.

Qeyd edək ki, olimpiada mövzusu ilə bağlı hətta məmurlarımız da ciddi müzakirələr aparırlar. Hətta elə məmurlarımız var ki, olimpiadada hansı idmançının qalib gəlib-gəlməyəcəyilə bağlı öz aralarında mərc də gəlirlər. Belə mərclərdən biri ilə bağlı DİA.AZ-a hökumət içindəki etibarlı mənbəmiz xəbər verib.

Məlumatı verən qaynaq iddia edir ki, В«TopazВ» qumarxanasının sahibi, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev futbol mərcində olduğu kimi, bu dəfə də peşəkarlığını göstərə bilib. Və nəticədə Prezident Administrasiyasının şöbə müdirlərindən birinə qalib gələrək, 10 min dollar qazanıb.

Mənbənin söylədikləri: В«Azərbaycanlı idmançı, Pekin olimpiadasının qalibi Elnur Məmmədlinin nailiyyət əldə edəcəyinə əksəriyyət inansa da, Rövnəq Abdullayev inanmayıb və PA rəsmilərindən biri ilə bu səbəbdən hətta 10 min dollarlıq mərcə də girib. Və artıq nəticələrdən də aydın olur ki, ARDNŞ şefi qalib gələn tərəf olubВ».

Mənbəmiz onu da bildirdi ki, amma Rövnəq Abdullayev udduğu pulu özünə götürməyərək, yarışmadan qanı qaralan Elnur Məmmədlinin özünə göndərib. Yəqin ki, məğlub duruma düşən idmançımız ARDNŞ şefinin bu В«hədiyyəsindənВ» əməlli-başlı şoka düşüb. Çünki onun məsələdən xəbərsiz olduğu söylənilir.

Geri qayıt