Əsas Səhifə > Güney Press / Manşet > KƏND TƏSƏRRÜFATI NAZİRİ NECƏ SIRADAN ÇIXARILIR?

KƏND TƏSƏRRÜFATI NAZİRİ NECƏ SIRADAN ÇIXARILIR?


1-08-2012, 15:19
KƏND TƏSƏRRÜFATI NAZİRİ NECƏ SIRADAN ÇIXARILIR?

RAMİZ HƏSƏNOV İSMƏT ABBASOVUN KRESLOSUNU LAXLATDI

DİA.AZ: - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kənd Təsərrüfatı Nazirliyinin növbəti ucuz yarmarka şousunu ifşa etdi. Komitə bir daha sübut etdi ki,kənd təsərrüfatı naziri İsmət Abbasovun başçılıq etdiyi bu qurum heç də kənd təsərrüfatı mallarının qiymətlərinin ucuzlaşmasına çalışmır və bu problemi həll etməyə qadir deyil. Belə ki, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsinə daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən kənd təsərrüfatı yarmarkasında araşdırma aparılıb.Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, özünü Bərdə şəhər sakini Novruzov Zaur Məmməd oğlu kimi təqdim edən şəxs tərəfindən iyulun 27-də Bərdə rayonundan mənşəyi məlum olmayan ət alınaraq Bərdə şəhər sakini Həsənov Elçin İsgəndər oğluna məxsus 10 KA 650 dövlət nömrə nişanlı DAEWOO “ESPERO” markalı avtomobillə yarmarkaya gətirilib. Vətəndaşlara mal əti adı ilə 1 kiloqramı 4-5 manata satılan ətin dana əti olmadığı, istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu aşkar olunaraq ətin mənşəyi barədə araşdırma aparılıb. Məlum olub ki, Bərdədən gətirilmiş ətin 140 kiloqramı at əti, 25 kiloqramı camış əti, 18 kiloqramı isə qoyun ətidir. Novruzov Zaur Məmməd oğlu özü də yazılı izahatında bu faktı təsdiq edib. İstehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar toplanmış materiallar qanunvericilik çərçivəsində tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhəri Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Mənşəyi məlum olmayan ətlərdən nümunələr seçilmiş və müayinələr üçün laboratoriyaya təqdim edilib.

“Su” qiymətinə satılan malların paxırı açıldı

Komitə araşdırmaları davam etdirir ona görə ki, kənd təsərrüfatı naziri İsmət Abbasovun digər yalanları üzə çıxsın. Çünki, ölkədə taxıl biçinində texnika qıtlığı yaranır, İsmət Abbasov təkzib edir ki, ölkədə kifayət qədər texnika var, taxıl qıtlığı yaranır, nazir bunu da təkzib edir. Kənd təsərrüfatı məhsulları sürətlə bahalaşır, İsmət Abbasov daş atıb başını tutur ki, bəs belə şey yoxdur. Əvvəllər bir neçə il nazir İsmət Abbasov kənd təsərrüfatı məhsullarının bahalaşmasını inkar etdi, süni bahalaşma deyib dad döydü. Gah dedi bele bir şey yoxdu, gah dedi bölgələrdə bilərəkdən qiymət artırılır və sair. Prezident İlham Əliyevin müdaxiləsindən sonra isə cənab nazir vəzifəsini qorumaq naminə məcbur olub yarmarkalar təşkil etdirdi. İlk vaxtlarda bir neçə yarmarkada keyfiyyətli malı ucuz qiymətə satdıran İsmət Abbasov bunu sona qədər davam etdirə bilməyib yarmarka əməliyyatını şouya çevirmək məcburiyyətində qaldı. İndi hamı bilir ki, ölkədə hər həftənin şənbə və bazar günlərində keçirilən kənd təsərrüfatı mallarının satış yarmarkalarında ucuz satılan məhsulların heç biri bu biri bazarlardakı məhsullar kimi təmiz, gigiyenik və keyfiyyətli deyil. Bunu ölkənin dili söz tutan azyaşlısından da soruşsan bilir ki, həmin məhsullar ya mağazalardan çıxarılan vaxtı keçmiş və keyfiyyətsiz mallardır, ya da rayonlarda fermerlərin sata bilməyib saxlayıb xarab olandan sonra məcburiyyət qarşısında qalıb “su” qiymətinə satılan mallardır. İsmət Abbasov isə bunu guya həddindən artıq standartlara uyğun adı ilə millətə sırıyıb özünü yuxarılara təsir qüvvəsi geniş olan nazir kimi tanıdır.

Nazirin hazırlanmış sonu

Amma nazirin bu siyasəti də iflasa uğradı. Artıq rəsmən təsdiqləndi ki, nazir İsmət Abbasov əhalini aldatmaqla məşğuldur. Ölü mal, at, it , camış ətlərini camaata təzə dana əti adına sırıyan, bostanlarda xarab olan malları təəz məhsul kimi satdıran İsmət Abbasov özü bilirdi ki, nə vaxtsa bu sirrin üstü açılacaq, amma müəyyən kanallarından isitifadə edib bir müddət bu məsələnin qabardılmasına nail ola bilmişdi. Əslində bu faktı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi indi aşkarlayıb, amma mətbuat bu barədə bir neçə ildir ki yazır. Amma, cənab nazirin canfəşanlığı faktların çox qabardılmasına imkan vermirdi. Amma indi deyəsən nazirin kreslosunda laxlama başlayıb. Elə ona görə də İsmət Abbasovun paxırları rəsmən açıqlanır. Yəqin bir azdan kənd təsərrüfatına aid digər obyektlərin də üzərini qara buludlar alacaq.

Geri qayıt