Əsas Səhifə > Güney Press / Manşet > DEPUTATIN FİRMASI ÖZÜNÜ MÜFLİS ELAN EDƏCƏK

DEPUTATIN FİRMASI ÖZÜNÜ MÜFLİS ELAN EDƏCƏK


31-07-2012, 17:25
DEPUTATIN FİRMASI ÖZÜNÜ MÜFLİS ELAN EDƏCƏK

В«QASİDВ» SABAHDAN ETİBARƏN QƏZETLƏRİN TİRAJLARINI AZALDIR

DİA.AZ: - В«QasidВ» Mətbuat Yayımı firmasının Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov tərəfindən hədəfə alınması barədə zaman-zaman məlumat vermişik. Son olaraq isə başında deputat Mirkazım Kazımovun dayandığı В«QasidВ» firmasının işçiləri Bakı şəhər İcra Hakimiyyətinin və Prezident Administrasiyasının binaları qarşısında baş verənlərə etiraz olaraq aksiya keçirdilər.

Bildirək ki, son aylarda sözügedən yayım firmasının Bakı və Sumqayıtdakı kökşləri yerli icra strukturları tərəfindən məqsədli olaraq В«plana salınırВ» və В«QasidВ»in qaldırılmış köşklərinin yerinə hələ də sahibi tam olaraq rəsmi şəkildə açıqlanmayan В«Bakı PressВ» köşkləri yerləşdirilir. Qeyri-rəsmi məlumatlarda isə deyilir ki, bu köşklər elə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova məxsusdur. Özü bu barədə danışan Əli Həsənov isə kökşlərin Bakı şəhər İH-nin Ticarət Departamentinə aid olduğunu bildirib. Departamentdən isə bu məsələyə şərh vermək istəməyiblər.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, beləcə çox ciddi şəkildə böhranla üz-üzə qalan В«QasidВ» firması köşklərinin sayının azalması səbəbində 100-ə yaxın işçisini ixtisara salmalı olub. Bu da azmış kimi, firmanın qəzet redaksiyalarına da külli miqdarda borcu yaranıb ki, həmin borcun qaytarılması da В«QasidВ» üçün ciddi problemə çevrilib.

DEPUTATIN FİRMASI ÖZÜNÜ MÜFLİS ELAN EDƏCƏK

Məlumatı verən mənbəmiz bildirir ki, sabahdan etibarən В«QasidВ» firması satışını təşkil etdiyi qəzetlərin tirajlarını yarıbayarı azaltmaq qərarına gəlib. Yəni firmaya verilən qəzetlərin tən yarısından В«QasidВ» rəhbərliyi imtina etmək zorundadır. Çünki son altı ayda В«QasidВ»ə məxsus köşklərin tən yarısı В«plana salınıbВ».

Mənbəmiz bildirir ki, bu məsələnin hamısı deyil: В«Əgər vəziyyət bu şəkildə davam edərsə, В«QasidВ» firması özünü müflis elan edərək, qəzet redaksiyalarına olan borclarını dondurmaq zorunda qalacaq. Bunun da nəticəsində firmanın 500-ə yaxın işçisi də iş yerlərini itirmiş olacaqlarВ».

Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.

Geri qayıt