Əsas Səhifə > Güney Press / Manşet > VAQİF AXUNDOVUN İDARƏSİ LƏĞV EDİLƏ BİLƏR

VAQİF AXUNDOVUN İDARƏSİ LƏĞV EDİLƏ BİLƏR


31-07-2012, 16:24
VAQİF AXUNDOVUN İDARƏSİ LƏĞV EDİLƏ BİLƏR

XDMX ŞEFİNİN PLANLARI ALT-ÜST OLDU: İNDİ ONUN ÖZÜ HƏDƏFDƏDİR

DİA.AZ: - Bir neçə gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidməti daxilində iç savaşın baş qaldırması barədə məlumat vermişdik. Bildirmişdik ki, məqsədli şəkildə Bəylər Əyyubova qarşı kampaniyaya rəvac verən XDMX-nin rəisi Vaqif Axundov bu yolla В«iki dovşanı birdən vurmaqВ» istəyir. Belə ki, həm ittiham hədəfi olmaqdan yayınır, həm də ağırlığını özünə rəqib kimi qəbul etdiyi şəxsin üzərinə yönəldir.

Amma XDMX şefinin bu niyyəti heç də baş tutmayıb. Əksinə ona əlavə problemlər yaradıb. Bu barədə DİA.AZ-a məlumatı verən hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələr iddia edir ki, Vaqif Axundov artıq məğlub durumdadır və hətta onun postunun ləğv edilməsi məsələsi yenidən gündəmə daxil olub.

Xatırladaq ki, bir müddət əvvəl yerli mətbuatda XDMX-nin ləğv edilərək prezidentin mühafizəsinin Milli Təhlükəsizlik Nazirliyinə həvalə ediləcəyi haqda məlumatlar yayılmışdı. Hətta bildirilirdi ki, XDMX MTN-ə birləşdikdən sonra Bəylər Əyyubovun MTN-ə nazir müavini gətirilməsi ideyası da mövcuddur. Lakin bütün bu planların qarşısında Prezident Administrasiyası rəhbərliyinin və Ramiz Mehdiyevə güvənən Vaqif Axundovun bir əngəl kimi dayandığı da söylənilir.

Son xəbərlərdən aydın olur ki, Bəylər Əyyubova qarşı mətbu kampaniyaya rəvac verən Vaqif Axundovla bağlı məsələ şəxsən dövlət başçısı ilə müzakirə olunub: В«Və belə qərara gəlinib ki, XDMX ləğv edilərək MTN-ə birləşdirilsin. Amma prezidentin şəxsi mühafizə xidmətinə əlahiddə səlahiyyətlər verilsin və eyni zamanda bu qurum Prezident Administrasiyasının hüquqi asıllığından da çıxarılsınВ».

Hər halda, bu proseslərin nə zaman həyata keçiriləcəyi bəlli olmasa da, aydın olanı odur ki, Vaqif Axundovun qara günləri çox yaxındadır.

Geri qayıt