Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEV-ZİYA MƏMMƏDOV TOQQUŞMASI
RAMİZ MEHDİYEV-ZİYA MƏMMƏDOV TOQQUŞMASI31-07-2012, 15:54 |
![]() CƏLİLABADIN İCRA BAŞÇISININ ADI NƏDƏN PROTOKOLDAN ÇIXARILIB? DİA.AZ: - Məlum olduğu kimi, bu gün prezident İlham Əliyev cənub bölgəsinə səfər edib. Səfər zamanı prezident Cəlilabadda da olub ki, rayondakı qaynaqlar bu səfərin rayonun icra başçısı Əziz Əzizovun ürəyincə olan bir sonluqla bitməyəcəyini bildirirlər. DİA.AZ-a bu barədə məlumatı verən qaynaq olduqca ilgin faktları açıqlayıb. Xatırladaq ki, uzun müddətdir ki, dövrü mətbuatda Cəlilabad rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Doğrudur, rayonla bağlı gedən qəzet materiallarında daha çox hədəfə alınanı Cəlilabad Təhsil Şöbəsinin müdiri Ədalət Əsgərov olsa da, bütün bu özbaşınalıqların bir nömrəli sorumlusu hesab olunan yerli icra hakimiyyətinin rəhbəri Əziz Əzizov əsas məsul şəxsdir. Elə bu da Prezident Administrasiyası üçün yetərli rol oynayıb. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, 2006-cı ilin 8 avqust tarixindən etibarən Cəlilabad rayonuna rəhbərlik edən Əziz Əzizov nədənsə hər icra başçısı dəyişikliyi seriyasında öz mövqelərini qorumağa müvəffəq olub. Əslində bu hal heç də sirr deyil. Belə ki, bir zamanlar Bakı şəhər nəqliyyat departamentində məsul vəzifə tutan Əziz Əzizovun elə nəqliyyat naziri Ziya Məmmədova yaxın fiqur olduğu, onun himayəsi altında fəaliyyət göstərdiyi söylənilir. Bu səbəbdən kimsə Ziya Məmmədovun adamını yerindən tərpədə bilmir. Halbuki digər icra başçıları ən uzağı hər beş ildən bir ya vəzifələrini itirirlər, ya da başqa bir rayona transfer olunurlar. Yalnız istisna hallar olur ki, onlardan birini də Əziz Əzizov təşkil etməkdədir. Redaksiyamızın əldə etdiyi bilgilərə görə, amma kimin adamı olmasına baxmayaraq, əslən cəlilabadlı olan Əziz Əzizov PA-nın qəzəb hədəfinə tuş gəlib və onun gedişi qərarı verilib: В«Təsadüfi deyil ki, bu gün PA-ya yaxın mətbatda da Cəlilabad rayon icra hakimiyyətinin işi ən sərt formada tənqid olunur. Bu bir siyasətdir və sözügedən siyasətin davamı olaraq Əziz Əzizov postundan alınacaqВ». İndi isə gələk prezidentin son səfərinə. Mənbəmiz iddia edir ki, səfər zamanı da PA-nın Əziz Əzizova düşmən münasibəti hiss olunub. Bildirək ki, prezident Cəlilabada Lənkərandan gəlib. Mənbəmiz söyləyir ki, Bakıdan Lənkərana gedən bütün heyətin hamısı heç də Cəlilabada getməyib: В«Prezidenti səfər boyunca müşaiyət edən Prezident Administrasaiyasının çox nüfuzlu simalarından biri Cəlilabada getməyib və Lənkəranda qalıb. Bu isə artıq ciddi bir siqnaldır. Çünki PA-nın tədbirlərinə də Əziz Əzizov çağrılmır və belə bir mühüm bir tədbirdə, yəni prezidentin Cəlilabad səfərində PA-nın nümayəndəsinin müşaiyətdən imtinası artıq Əziz Əzizova olan münasibətin göstəricisi kimi qəbul olunmalıdırВ». Mənbğəmiz onu da bildirdi ki, hətta prezidentin Cəlilabad səfərinin protokolunu tərtib edərkən PA-da dövlət başçısının Cəlilabad rayon icra hakimiyyətinin başçısı tərəfindən qarşılanması əngəllənibmiş: В«Protokolda icra başçısının birinci müavini prezidenti rayonda müşayiət etməli olsa da, sonradan prezidentin müdaxiləsi ilə başçının adı protokla əlavə edilibВ». Əslində bütün bunların Ramiz Mehdiyev-Ziya Məmmədov toqquşmasının təzahürü olduğunu bildirən qaynaq onu da əlavə etdi ki, məsələlərin bu şəkildə davam etməsi də imkansızdır: В«Çünki bütün bu baş verənlərə dövlət başçısının sərt reaksiya verəcəyi gözlənilir. Bu zaman isə Əziz Əzizovun hansı dərəcədə zərbə alacağını təxmin etmək o qədər də çətin deyilВ». Geri qayıt |