Əsas Səhifə > Güney Press / Manşet > RÖVNƏQ ABDULLAYEVƏ VƏTƏNDAŞ SUALI
RÖVNƏQ ABDULLAYEVƏ VƏTƏNDAŞ SUALI30-07-2012, 16:04 |
![]() В«MÖHTƏRƏM RÖVNƏQ MÜƏLLİM, GECƏLƏR QAZI NİYƏ KƏSİRSİNİZ?В» DİA.AZ: - Bu arada DİA.AZ-a telefon açan Səbayel rayonu Bayıl qəsəbə sakini Teymur Həsənov Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə sualının olduğunu və həmin sualın redaksiyamız tərəfindən çatdırılmasını arzuladığın bildirdi. Biz də vətəndaşın xahişini nəzərə alaraq, onun şikayətinin qısa mətnini diqqətinizə təqdim edirik və güman edirik ki, Rövnəq müəllimin özü də bu mətnlə tanış olacaq: В«Neçə gündür ki, Bayıl qəsəbəsində axşam saatlarından səhərə qədər evlərə təbii qazın verilməsi dayandırılır. Doğrudur, işləyənimiz azdır, amma az da olsa var və evinə gec saatda gəlib yuyunmaq istəyənlər Rövnəq Abdullayevin Bayıl camaatına verdiyi bu qaz sitəmi səbəbindən düz bir həftədir ki, nə yuyuna bilirlər, nə də təmizlənə. İndii biz də Bayıl sakinləri olaraq möhtərəm Rövnəq müəllimdən soruşur, gecələr qazı niyə kəsirsiniz? Bizə В«AvroviziyaВ» yarışması zamanı etdikləriniz yetmədimi? Nə günahımız var? Bəlkə müxalifətin son zamanlar mitinqlərini Bayıla yaxın yerə salması sizi qəzəbləndirib?В» Geri qayıt |