Əsas Səhifə > Güney Press / Manşet > BULVAR İDARƏSİ YENİ QATARLARIN PULUNU YEYİB
BULVAR İDARƏSİ YENİ QATARLARIN PULUNU YEYİB30-07-2012, 14:56 |
![]() BU SƏBƏBDƏN DƏ BAHALI QATARLAR BULVARDA AĞZIGÜNƏ QALIBLAR DİA.AZ: - В«AvroviziyaВ» yarışması öncəsi Milli Dənizkənarı Parkın В«yeni bulvarВ» adlanan ərazisində hərəkət üçün çox baha qiymətə İtaliya istehsalı olan yeni gəzinti qatarları gətirilməsi barədə xəbərlər verildi. Bildirək ki, həmin qatarların bundan sonra bulvara istirahət məqsədilə üz tutanların xidmətində dayanacağı da söylənildi. Hətta prezident İlham Əliyev qatarların istiafədə üçün açılışında da iştirak etdi. Amma… Amma hələ günü bu gün də həmin qatarlar günün-yağışın altında istifadəsiz olaraq saxlanılır ki, sən demə, bunun səbəbləri var imiş. Bu barədə DİA.AZ-a məlumat verən mənbənin sözlərindən belə aydın olur ki, yeni qatarların istifadəyə buraxılmamasının nədəni onlardan yalnız birinin müharrikinin olması ilə əlaqədardır. Digər qatarların isə mühərrikləri alınmayıb. Bir mühərrikin qiymətinin 22 min manatdan baha olduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, artıq В«AvroviziyaВ» yarışması geridə qaldığından kimsə bu qatarların aqibəti ilə maraqlanmır. Bildirək ki, həmin qatar partiyasından hərəkət imkanı olan qatarı ara-sıra yeni bulvar ərazisində görmək mümkündür. Mənbəmiz bildirir ki, bu da gözdən pərdə asmaq məqsədi daşıyır. Çünki digər qatarların mühərriklərinin pulu yeyildiyindən və artıq В«yuxarılaraВ» В«bütün qatarlar istifadədədirВ» şəklində hesabat verildiyindən bu kimi şoular zəruri olub. Geri qayıt |