Əsas Səhifə > Güney Press / Manşet > İXTİYAR ŞİRİN NƏDƏN BELƏ AKTİVLƏŞİB?
İXTİYAR ŞİRİN NƏDƏN BELƏ AKTİVLƏŞİB?28-07-2012, 16:09 |
![]() KEÇMİŞ BAŞ PROKUROR NAZİRLƏRDƏN BİRİ İLƏ QOHUM OLUB DİA.AZ: - Bu gün yetənə yetən, yetməyənə də daş atan keçmiş baş prokuror İxtiyar Şirin yenə də köhnə AXC iqtidarının qarasınca deyinməyə başlayıb ki, bu da haqlı olaraq narazılıqlara səbəb olmaqdadır. Aşkar surətdə tarixi faktları təhrif edən sabiq baş prokurorun nədən belə fəallaşmasının səbəbləri isə DİA.AZ-a daxil olan bir məlumatdan tam olaraq aydın olur. Hər halda, hakimiyyətdəkilərə yox, müxalifətdə oturanlara qarşı bir cəbhə açan İxtiyar Şirinin yeni bir üsul icad etməsini də diqqətinizə çatdırmağı borc bildik. Belə ki, özünün absurd ittihamları ilə başqalarını gözdən salmağa çalışan sabiq baş prokuror cavabı verildiyi an məhkəmələrə üz tutur və guya ki, bu yolla haqlı olduğunu sübuta yetirməyə çalışır. Artıq sabiq baş prokurorun aktivində ona yaxın bu kimi məhkəmə işi var. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, əslində İxtiyar Şirinin bu şəkildə davranmaqdan başqa bir yolu yoxdur. Səbəbsə onun hazırki nazirlərdən biri ilə qohum olmasıdır. Mənbəmiz bildirir ki, nazirlərdən birinin qızını oğluna alan İxtiyar Şirin sanki məlum davranışları ilə iqtidara xidmət göstərdiyini nümayiş etdirməyə çalışır. Nə deyirik, Allah mübarək eləsin. Amma bunun kiməsə böhtan atılması, tarixi faktların təhrif olunması üçün heç də əsas olmadığını bilmək lazımdır, İxtiyar bəy… Bildirək ki, son mətbu çıxışlarında sabiq baş prokuror AXC iqtidarında yer alan şəxslərə, o cümlədən sabiq Daxili İşlər Naziri İsgəndər Həmidova böhtanlar atıb. Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləməkdə davam edin… Geri qayıt |