Əsas Səhifə > Güney Press / Manşet > ATV KANALININ YENİ RƏHBƏRLİYİNDƏN ŞİKAYƏT VAR
ATV KANALININ YENİ RƏHBƏRLİYİNDƏN ŞİKAYƏT VAR27-07-2012, 19:23 |
![]() BU KANAL ERMƏNİ ŞİRKƏTİNİN KİNOLARINI NİYƏ YAYIMLAYIR? DİA.AZ: - Redaksiyamıza bir vətəndaş müraciəti daxil olub. Bakı şəhər sakini Muradxan Hüsüyev bildirir ki, iki gün əvvəl В«ATV-İntВ» kanalında yayımlanan bir film onda narahatçılıq yaradıb. DİA.AZ-a etdiyi müraciətində vətəndaş narahat olduğu məqamı belə açıqlayıb: В«Bu gün Ermənistanın Azərbaycana və Azərbaycan türklərinə münasibəti məlumdur. Mən və ailəm Qərbi Azərbaycandan qaçqın düşmüşük. Və bu gün bizi Ermənistana hansısa loyal münasibətin özü belə çox narahat edir. Amma buna baxmayaraq, hələ də mətbuatımız, xüsusən də telekanallarımız Ermənistanla bağlı məsələlərdə milli-dövlətçilik mövqeyini hər zaman qoruya bilmirlərВ». Narazı vətəndaşı narahat edən məqam isə В«ATV-İntВ» kanalında iki gün əvvəl səhər saatlarında yayımlanan bir filmdir: ««Elvin və sincablarВ» adlanan filmin hansı kino şirkətinə məxsus olmasına sanki bu kanalın rəhbərliyi diqqət yetirmir. Belə də olmaz axı… Ermənistanda bu kimi məsələlərə xüsusi diqqət göstərirlər. Mən onların mətbuatını diqqətlə izləyirəm. Azərbaycana münasibətdə istənilən bir loyallığa qarşı barışmazdılar. Belə də olmalıdır. Bunun səbəbinədir ki, Göyçə-Zəngəzuru da alıblar, Qarabağı daВ». Şikayətçi vətəndaş bildirir ki, В«ATV-İntВ» kanalında rus dilində В«Baqdasaryan kampaniyasıВ»nın istehsalı olan filmləri tez-tez verirlər: В«Bu ola bilsin ki, həmin kanala Vüqar Qaradağlının rəhbər təyin edilməsindən sonra baş verən hadisədir. Çünki əvvəllər bu kanalda belə şeylər olmazdıВ». Bildirək ki, biz DİA.AZ olaraq bir vətəndaşın müraciətini təqdim etdik və məsələyə istənilən bir ünvanın reaksiyasını da işıqlandırmağa hazırıq, xüsusən də adıçəkilən qurumun və şəxsin. Geri qayıt |