Əsas Səhifə > Güney Press / Manşet > NAZİR İCRA BAŞÇISINI NECƏ ZƏRƏRSİZLƏŞDİRİR?

NAZİR İCRA BAŞÇISINI NECƏ ZƏRƏRSİZLƏŞDİRİR?


27-07-2012, 16:14
NAZİR İCRA BAŞÇISINI NECƏ ZƏRƏRSİZLƏŞDİRİR?

KƏMALƏDDİN HEYDƏROVLA RAMİZ MEHDİYEV KİMƏ GÖRƏ ÜZ-GÖZ OLUB?

DİA.AZ: - Bir müddət əvvəl yayılan məlumatlardan aydın oldu ki, Suraxanı rayonuna rəhbərlik edən İlqar Abbasovun vəzifəsindən alınması gözlənilir. Bildirək ki, 2006-cı ildən bu postu tutan İlqar Abbasov buna qədər Nərimanov RİH-in başçısı vəzifəsində çalışıb. Yəni o, artıq ikinci dəfədir ki, icra başçısı postuna təyin edilib.

DİA.AZ-a məlumat verən bilgili qaynağın iddialarına görə, adı bir sıra qalmaqallı olaylarda hallandırılan icra başçısının В«vurulmasıВ» prosesinə çox az qalıb. Xatırladaq ki, bir müddət əvvəl onun bir həftəyə vəzifəsini itirəcəyi haqda informasiyalar da yayılmışdı və bildirilirdi ki, İlqar Abbasovun yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun komandasının üzvlərindən birinin gətirilməsi planı mövcuddur. Həmin şəxsin hazırda FHN-də şöbə müdiri postunu tutduğunu söyləyənlər də var.

Bütün bunları vurğulayan mənbəmizin iddialarına görə, birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin himayəsi altında olan İlqar Abbasovun gedişinin yubanması da PA rəhbərinin arzusu ilə baş verməkdədir. Mənbəmizin söylədikləri: В«Hələlik Ramiz Mehdiyev adamını qorumağa müvəffəq olur. Amma onun postuna öz adamını təyin etdirmək istəyən Kəmaləddin Heydərov da geri çəkiləsi deyilВ».

NAZİR İCRA BAŞÇISINI NECƏ ZƏRƏRSİZLƏŞDİRİR?

Mənbəmiz bildirir ki, FHN şefi İlqar Abbasovla bağlı çox ciddi korrupsiya faktlarını əldə edibi və ona yaxın şəxslər həmin bilgiləri korrupsiyaya qarşı mübarizə idarəsinə, eyni zamanda da mətbuata ötürməyə hazırlaşırlar ki, bu yolla İlqar Abbasova ictami rəydə böyük zərbənin vurulması planlaşdırılır: В«Təbii ki, bundan sonrası asan olacaq. Artıq Mehdiyev də bu şəraitdə adamını qorumaq iqtidarını itirmiş olacaqВ».
Geri qayıt