Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOVUN ƏMİSİ OĞLU HƏBS OLUNA BİLƏR
ZİYA MƏMMƏDOVUN ƏMİSİ OĞLU HƏBS OLUNA BİLƏR27-07-2012, 15:24 |
![]() HESABLAMA PALATASININ GÖYÇAYDAKI YOXLAMALARI ÖZ İŞİNİ GÖRÜB DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədov daha bir adamını itirmə təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə məlumatı DİA.AZ-a hökumət içindəki etibarlı mənbələr ötürüb. Veriləni xəbərlərdən belə aydın olur ki, bu dəfə NN şefi Göyçayın icra başçısı postunu tutan, doğmaca əmisi oğlu Mansur Məmmədovu qurban verməli olacaq. Məlumatlara görə, artıq bu istiqamətdə neçə aydır ki, bəzi iqtidardaxili güc mərkəzləri iş aparırlar. Xatırladaq ki, 1 mart olayları zamanı Qubada devrilən icra başçısı Rauf Həbibov da Ziya Məmmədovun adamı idi. İndii isə NN şefinin doğmaca əmisi oğlu hədəfə alınıb. Mənbəmiz iddia edir ki, yenə də ənənəvi cinahlar hücumdadır. Yəni Mansur Məmmədovu hədəfə alanlar elə Rauf Həbibovu devirənlərdir. Burada əsas hədəfin isə təbii ki, Ziya Məmmədovun özünün olduğu bir faktdır. Rəqibləri bu yolla nazirin qol-budacını budamaqla məşğuldurlar. Xatırladaq ki, bir müddət əvvəl Hesablama Palatası keçirdiyi yoxlamalar zamanı dövlət büdcəsinin Göyçay rayonu üzrə yerli xərclərinin tərtibi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılmış dövlət vəsaitlərinin icrasına dair aparılan nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkarlamışdı. Bu məsələyə diqqət çəkən məlumatlı mənbəmiz bildirir ki, əslində Göyçay rayonunun yoxlanılması heç də təsadüfən baş verməyib. Bildirək ki, Hesablama Palatası tərəfindən həyata keçirilən yoxlamalar bu ilin aprel ayına təsadüf edir. Yəni Rauf Həbibovun devrilməsindən düz bir ay sonraya. Yəni rəqibləri NN şefini rahatlamağa belə imkan vermək fikrində deyillər. İndii isə gələk faktlara. Hesablama Palatasının Göyçay rayonunda keçirilən yoxlamaların ardından yaydığı məlumatlarda deyilir ki, aparılan nəzarət tədbiri zamanı məlum olub ki, dövlət büdcəsinin Göyçay rayonu üzrə yerli xərclərdən maliyyələşən büdcə təşkilatları tərəfindən büdcə xərclərinin proqnoz göstəriciləri hazırlanarkən bəzi hallarda müvafiq normativ sənədlərin tələblərinə əməl edilməyib. Eyni zamanda maliyyələşmə zamanı şəbəkə, ştat və kontingent göstəricilərinin icrasının tam nəzərə alınmadığı, xərc əməliyyatlarının aparılması zamanı bir sıra büdcə təşkilatları üzrə vəsaitlərin təyinatının dəyişdirildiyi, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində bəzi büdcə təşkilatları üzrə artıq əmək haqqının ödənildiyi üzə çıxıb. Bundan əlavə, Təhsil, Mədəniyyət və Turizim şöbələri, Gənclər və İdman idarəsi, Şəhər İcra nümayəndəliyi üzrə satınalma proseduru keçirilmədən vəsaitin sərf edilməsi, malların müqavilə qiymətindən baha alınması, habelə ehtimal olunan qiymətin düzgün müəyənləşdirilməməsi nəticəsində artıq büdcə vəsaitinin ödənilməsi hallarına yol verilib, büdcə təşkilatları üzrə tender xərci bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, tenderdə iştirak haqqı alınmayıb, Mərkəzi rayon Xəstəxanası üzrə tenderdə iştirak haqqından toplanmış vəsaitin bir hissəsi büdcədənkənar gəlirlərə aid edilərək xərcə yönəldilib. ”Təhsil və tədris proseslərini tənzimləyən bir sıra mövcud normativ sənədlərin tələblərinə əməl edilməmiş, normativdən artıq ştat vahidləri saxlanılmış, ümumi tipli 7 nömrəli məktəbəqədər uşaq müəssisəsi sanatoriya tipli uşaq müəssisəsi kimin nəzərə alınaraq işçilərinin əmək haqları 20 % artırılmış, bəzi hallarda Tədris Planından artıq dərs tədris edilmiş, tədris kabineti olmadığı halda kabinet müdirliyinə görə, sanotoriya və kurort müalicəsində olduqları dövrdə işçilərə əmək haqqı və artıq ezamiyyə xərci ödənilmiş, məktəbdənkənar müəssisələr üzrə 20 qrupun fəaliyyəti olmamış, yoxlamanın əvvəlinə olan debitor borcun bərpası təmin edilməmiş, debitor borcun əsassız olaraq uçotdan silinməsi, mal-material qiymətlərinin mədaxil olunmaması və balansa götürülməməsi, köhnəlmə (amotizasiya) normasının düzgün tətbiq edilməməsi nəticəsində əsas vəsaitlərin qalıq dəyərinin azaldılması, uşaq günlərinin sayının artırılması nəticəsində artıq ərzaq məhsulunun, habelə təsdiqedici sənəd olmadan odunun silinməsi hallarına yol verilmişdir”-deyə Hesablama Palatasının hazırladığı rəydə bildirilib. Məlum olub ki, Göyçay şəhər İnzibati Ərazi Vahidliyi üzrə Nümayəndəliyinin işçilərinə artıq məzuniyyət haqqı, laboratoriya olmadığı halda laborant ştatı saxlanılaraq əmək haqqı ödənilib, alınmış inventarlar, habelə yeni tikilən məktəb binası nümayəndəliyin balansında uçota alınmayıb, mal-material çatışmazlığı olub, istismar müddəti bitməmiş inventar, təsdiqedici sənədlər olmadan odun və yanacaq normadan artıq silinib. Yaşıllıq və Abadlaşdırma İdarəsi üzrə normadan artıq inventar silinmiş, kommunal Təsərrüfatı İdarəsi, Mənzil istismar Sahəsi, Yaşıllıq və Abadlaşdırma İdarəsi üzrə əhalidən, kommersiya obyektlərindən daxil olmuş vəsaitlər hesablaşma hesabına verilmədən birbaşa kassadan xərc edilib. Aşkar olunmuş nöqsanlıarın aradan qaldırılması istiqamətində görülmüş tədbirlər nəticəsində dövlət büdcəsinə nəğd şəkildə 14842,4 manat vəsait bərpa olunub, 52387 manat dəyərində əlavə iş və xidmətlər görülüb, 7912,1 manat dəyərində inventar və avadanlıq təhvil verilib, 13795,8 manat debitor borc, 484418 manat dəyərində əsas vəsaitlər, 659406,8 manat dəyərində mal və materiallar uçota götürülüb. Bundan başqa fəaliyyəti olmayan 20 qrup ixtisar edilib, habelə nöqsanlara yol verilmiş 16 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən Rayon Təhsil Şöbəsinin müdirinə, Mərkəzi rayon Xəstəxanasıının baş həkiminə, Mədəniyyət və Turizim Şöbəsinin müdirinə, Gənclər və İdman İdarəsinin rəisinə, şəhər inzibati-ərazi nümayəndəsinə, Kommunal Təsərrrüfatı İdarəsinin müdirinə, Yaşıllıq və Abadlaşdırma İdarəsinin müdirinə, Mənzil İstismar Sahəsinin rəisinə ciddi xəbərdarlıq edilib, həmçinin qeyd olunan bütün təşkilatların baş mühasiblərinə töhmət verilib. Hər halda, buk imi faktların nəyə hesablandığını təxmin etmək o qədər də çətin deyil. Məlumatlı mənbəmizin iddialarına görə, əslində burada əsas hədəf icra başçısı Mansur Məmmədovdur və Hesablama Palatasının sifarişlə açıqladığı bu yoxlama nəticələri də məhz Ziya Məmmədovun əmisi oğlunun В«vurulmasınaВ» müvafiq zəminin yaradılması məqsədini güdür. Mənbəmiz onu da bildirdi ki, artıq bu rəy öz işini görüb və yaxın günlərdə böyük yeyintidə ittiham olunan Mansur Məmmədov görəvindən alınacaq. Geri qayıt |