Əsas Səhifə > Güney Press / Manşet > PREZİDENTİN MÜHAFİZƏ XİDMƏTİNDƏ SAVAŞ

PREZİDENTİN MÜHAFİZƏ XİDMƏTİNDƏ SAVAŞ


25-07-2012, 16:52
PREZİDENTİN MÜHAFİZƏ XİDMƏTİNDƏ SAVAŞ

VAQİF AXUNDOV BƏYLƏR ƏYYUBOVU NƏDƏN HƏDƏFƏ ÇEVİRİR?

DİA.AZ: - Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) daxilində konflikt yaranıb. Bu barədə məlumat DİA.AZ-a hüquq-mühafizə orqanlarındlakı qaynaqlar tərəfindən ötürülüb.

Xəbəri verən mənbənin iddialarına görə, XDMX-nin rəisi general Vaqif Axundov son zamanlar qurumu ilə bağlı mətbuatda aparılan kampaniyadan yayınmaq üçün bu işdə əsas suçlu kimi müavini, prezidentin mühafizə idarəsinin rəisi Bəylər Əyyubovun adını hallandırmağa başlayıb.

Mənbə iddia edir ki, hətta yerli hüquq-müdafiəçilərindən birini sözügedən istiqamətdə təlimatlandıran Vaqif Axundov belə bir təəssürat yaratmağa çalışır ki, guya XDMX daxilindəki bütün neqativ olayların arxasında birbaşa olaraq Bəylər Əyyubov dayanır. Halbuki Bəylər Əyyubovun hər hansı konfliktli olaydan xəbərsiz olduğu söylənilir.

Onu da bildirək ki, redaksiyamıza bu qarşıdurma ilə bağlı olduqca ilginc faktlar daxil olub və yaxın günlərdə həmin materialları da diqqətinizə çatdıracağıq.

Geri qayıt