Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISI MƏHKƏMƏ QARŞISINA ÇIXIR

İCRA BAŞÇISI MƏHKƏMƏ QARŞISINA ÇIXIR


25-07-2012, 16:51
İCRA BAŞÇISI MƏHKƏMƏ QARŞISINA ÇIXIR

RAFİL HÜSEYNOVDAN 200 MİN MANAT TƏLƏB OLUNUR

DİA.AZ: - Son zamanlar Masallı rayonu ilə bağlı redaksiyamıza ilginc faktlar daxil olmaqdadır. Belə ki, bir zamanlar prezident administrasiyasında Ağcabədi rayonu üzrə kurator vəzifəsində çalışmış və sonradan Masallıya icra başçısı göndərilən Rafil Hüseynov rayonda əməlli-başlı pultoplama kampaniyası həyata keçirməkdədir.

Bu dəfə əldə etdiyimiz xəbərlərdən isə aydın olur ki, Rafil Hüseynova qarşı Şirvan şəhər İnzibati İqtisad məhkəməsində iddia qaldırılıb. İşə hakim Elxan Əmirəliyev baxır.

Məlumatı DİA.AZ-a ötürən məhkəmədəki mənbə bildirir ki, icra başçısına qarşı iddiaya hakim Elxan Əmirəliyev 15 avqust tarixində saat 14.30-da məhkəmə baxışı təyin edib. 964 saylı məhkəmə işində icra başçısından 200 min manat pulun tutulması və Heydər Əliyev Fonduna köçürülməsi tələb olunur.

İşlə bağlı əlavə dolğun məlumatları da diqqətinizə çatdıracağıq. Bizi izləyin…

Geri qayıt