Əsas Səhifə > Güney Press / Manşet > DƏRMAN BAZARI KİMLƏRİN ƏLİNDƏDİR?
DƏRMAN BAZARI KİMLƏRİN ƏLİNDƏDİR?25-07-2012, 15:01 |
![]() OQTAY ŞİRƏLİYEV DƏ İNHİSARÇILARIN XİDMƏTİNƏ KEÇİB DİA.AZ: - Redaksiyamıza verilən məlumatlardan aydın olur ki, ölkənin dərman bazarının inhisara alınması məqsədilə bəzi dərman şirkətlərində yoxlamalara start verilib. Yəni necə ki, В«PalSüdВ»ün dondurmaları üçün dondurma bazarı təmizləndi, eləcə də eyni proseslər dərman bazarında cərəyan etməkdədir. Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, bu yöndə birbaşa olaraq səhiyyə nazirliyinin imkanlarından istifadə edən qüvvələr hətta çox ciddi şirkətldəri belə hədəfə alıblar. Mənbə bildirir ki, nazirlik dünənə qədər əməkdaşlıq etdiyi Cənubi Qafqazın ən böyük dərman deposuna sahib olan В«AvromedВ» şirkətilə də təmaslarını kəsməkdədir. В«Artıq bu şirkətin əməkdaşlıq etdiyi apteklərin fəaliyyəti təftiş olunurВ» deyən mənbə hətta dövlət apteklərində də eyni prosesin həyata keçirildiyini bildirir. Mənbə onu da qeyd etdi ki, yeni bir şirkət yaradılıb və həmin şirkət dərman idxalı biznesinə tam olaraq nəzarət etməlidir: В«Həmin şirkətin adı hələlik açıqlanmır, amma müvafiq sənədləşmələr aparılıb və yaxın günlərdə rəsmən həmin şirkət guya ki, ölkəyə dərman gətirilməsindəki sistemsizliyin aradan qaldırılması məqsədilə yeganə idxalçı struktur elan olunacaqВ». Geri qayıt |