Əsas Səhifə > Güney Press / Manşet > BAKININ AÇARLARI NAZİR QARDAŞINA VERİLİR
BAKININ AÇARLARI NAZİR QARDAŞINA VERİLİR23-07-2012, 17:43 |
![]() HACIBALA ABUTALIBOVUN GEDİŞİNƏ TƏDARÜK GÖRÜLÜR DİA.AZ: - Nəhayət, Hacıbala Abutalıbovun da erası başa çatmaq üzərədir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı çevrələrdən daxil olan informasiyada bildirilir ki, sentyabr ayındı Bakı şəhər İcra Hakimiyyətinin başçısı postunda dəyişiklik olacaq. Xatırladaq ki, buna qədər də bu kimi xəbərlər yayılsa da, dövlət başçısı Hacıbala Abutalıbovu öz postunda saxladı. Hətta həmin məlumatlarda qeyd olunurdu ki, Hacıbala Abutalıbovun yeri uğrunda iki sima - Elmar Vəliyevlə Eldar Əzizov mübarizə aparır. Lakin sonradan onların hər ikisi ayrı-ayrı şəhərlərə - Gəncəyə və Sumqayıta başçı göndərildilər. Və bununla da Hacıbala Abutalıbovun gedişi şəninə verilən xəbərlər də seyrəlməyə başladı. Məlumatı verən mənbə bildirir ki, bu dəfə Hacıbala Abutalıbovun gedişinə ciddi tədarük görülür: В«Hətta onun yerinə kimin təyin ediləcəyi də məlumdur. Bakı meriyasının yeni rəhbəri Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı olacaqВ». Bildirək ki, Yavər Camalovun qardaşı - Mərdan Camalov hazırda Şirvan rayonuna rəhbərlik edir və onunla bağlı oxşar məlumatlar əvvəldən də səslənib. Mənbəmiz iddia edir ki, artıq bütün məsələlər həll olunub: В«Burada Yavər Camalovun prezident komandasında möhkəm mövqeyi xüsusi olaraq nəzərə alınmalıdırВ». Geri qayıt |