Əsas Səhifə > Güney Press / Manşet > В«ÇAKIRВ»DAN QİYMƏTLƏRDƏ В«YAY ENDİRİMİВ»
В«ÇAKIRВ»DAN QİYMƏTLƏRDƏ В«YAY ENDİRİMİВ»20-07-2012, 16:40 |
![]() İCRA BAŞÇISI HASAR ARXASINDA QALAN OBYEKT SAHİBLƏRİNƏ TƏKLİF VERİB DİA.AZ: - Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun rəhbəri olduğu rayonda, düz Bakı-Qazax magistral yolunun kənarlarını hasarlaması barədə məlumatı vermişdik. Bildirək ki, yerli sakinlər tərəfindən В«Berlin divarlarıВ» adlandırılan həmin hasarların səbəbindən Qaradağ sakinlərinin bir hissəsinin orta məktəblə, xəstəxana və bir sıra iaşə obyektləri ilə əlaqələri tamamən kəsilib. Burada əsas zərər görən tərəfin isə yerli sahibkarlar olması faktdır. Belə ki, hasarlama nəticəsində təxminən 60-a yaxın dükan və müxtəlif obyektlərin qarşısı örtülüb və onların əksəriyyətinin ümumiyyətlə В«həyatla əlaqəsiВ» kəsilib. Bununla bağlı DİA.AZ-a məlumat verən Qaradağda yaşayan iş adamlarından biri bildirdi ki, artıq hasarın böyük bir hissəsi çəkilib və bu səbəbdən alış-veriş edə bilməyən obyekt sahibləri Qaradağdan baş götürüb qaçmaq üzərədir. Amma çıxış yolu var. Çıxış yolunu isə bir kimsə yox, elə problemi yaradan şəxsin özü - yəni Qaradağın icra başçısı Süleyman Mikayılov təklif edir. Mənbə bildirir ki, Süleyman Mikayılovun adamları obyektlərinin qarşısı hasarlanmış sahibkarlara yeni təkliflərini bildirib: KİM Kİ, OBYEKTİNİN NORMAL FƏALİYYƏTİNİ İSTƏYİRSƏ, ONUN ÜÇÜN 20 MİN MANATA QAPI AÇILA BİLƏR… Xatırladaq ki, əvvəlki məlumatlarımızda obyektlərin qarşısında В«HƏYATA ÇIXIŞВ» qapılarının açılması üçün 30 min manat pulun istənildiyini bildirmişdik. İndi isə aydın olur ki, çox güman xalqın sosial durumunu nəzərə alan В«ÇakırВ» ləqəbli Süleyman Mikayılov qiymətlərdə В«yay endirimiВ» etmək qərarına gəlib. Hələlik icra başçısının müştəri tapmadığını da öyrəndik. Amma buna baxmayaraq, bizlər Süleyman Mikayılova belə bir xoşgörülü davranışı üçün Qaradağın sahibkarları adından təşəkkür edirik… Geri qayıt |