Əsas Səhifə > Güney Press / Manşet > RAFİQ TAĞININ ÖLÜM İŞİNDƏ YENİLİK: İRAN İZİ

RAFİQ TAĞININ ÖLÜM İŞİNDƏ YENİLİK: İRAN İZİ


19-07-2012, 16:33
RAFİQ TAĞININ ÖLÜM İŞİNDƏ YENİLİK: İRAN İZİ

İRANLA ƏLAQƏLİ QATİLİN MÜƏYYƏN OLUNDUĞU DEYİLİR

DİA.AZ: - Keçən ilin 19 noyabrında naməlum şəxs tərəfindən bıçaqlanan və sonradan müalicə aldığı Mərkəzi Klinik xəstəxanasında dünyasını dəyişən yazıçı Rafiq Tağının qatilinin kimliyi müəyyən olunub. Bu şok məlumatı DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mötəbər mənbə verib.

Məlumatı verən qaynaq iddia edir ki, Rafiq Tağının qatili yaxınlıqdakı obyeketlərin təhlükəsizlik kameraları (MOBS) vasitəsilə müəyyənləşib: В«Əslində ilk günlərdən onunla bağlı müəyyən məlumatlar alınıb və artıq qatilin kimliyi məlumdurВ».

Tanınmış yazıçının qətlinin həqiqətən də İran tərəfindən sifariş edilməsi məsələsinin də sübuta yetirildiyini söyləyən mənbəmiz onu da vurğuladı ki, çünki kimliyi müəyyən olunan qatilin hazırda İranda olduğu da ayırd edilib. Bu isə qətldə İranın iştirakını sübutlayan vacib detallardan biri kimi dəyərləndirilir.

Onu da qeyd edək ki, rəsmi qaynaqlar bu məsələ ilə bağlı hələ də susurlar və istintaq araşdırmalarının aparıldığını söyləməklə yetinirlər.

Geri qayıt