Əsas Səhifə > Güney Press / Manşet > FHN ŞEFİ İBRAHİM TATLISƏSİ BAKIYA DƏVƏT EDİB

FHN ŞEFİ İBRAHİM TATLISƏSİ BAKIYA DƏVƏT EDİB


17-07-2012, 16:33
FHN ŞEFİ İBRAHİM TATLISƏSİ BAKIYA DƏVƏT EDİB

KƏMALƏDDİN HEYDƏROV TÜRK POP KRALINA XÜSUSİ HƏDİYYƏLƏR DƏ HAZIRLAYIB

DİA.AZ: - Artıq hansısa məmurun hansısa müğənnini Azərbaycana gətirməsi bir ənənə halını alıb. Məsələn, qadınlar arası dünya futbol çempionatında oxumaları üçün Dövlət Neft Şirkətinini prezidenti Rövnəq Abdullayevin bir düjün ulduzu BAkıya yığacağı məlumdur.

İndii isə digər oliqarxımızın - fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Azərbaycana Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəsi dəvət etməsi xəbərini almışıq. DİA.AZ-a verilən məlumatlara görə, FHN şefi ilə İbrahim Tatlısəsin dostluq münasibətləri var və hətta Kəmaləddin Heydərov mahnılarından birinin zamanında İbrahim Tatlıləsin oxuması üçün İstanbula göndərdiyi də iddia olunur. Amma məşhur pop ulduzunun başına gələn işlər bu projenin yarımçıq qalması ilə nəticələnib.

Amma buna baxmayaraq, mənbəmiz iddia edir ki, Kəmaləddin Heydərov İbrahim Tatlısəsin Azərbaycana gəlməsi üçün ona xüsusi dəvət yollayıb: В«Hətta Tatlısəs üçün Bakıda xüsusi qalma ünvanı və xüsusi hədiyyələr də hazırlanıbВ».

Hələlik Türkiyənin pop kralının azərbaycanlı nazirin dəvətinə necə reaksiya verməsi məlum deyil.

Geri qayıt