Əsas Səhifə > Güney Press / Manşet > “ROKFELLER”DƏN YENİ GÖMRÜK QADAĞASI GƏLDİ

“ROKFELLER”DƏN YENİ GÖMRÜK QADAĞASI GƏLDİ


17-07-2012, 15:44
“ROKFELLER”DƏN YENİ GÖMRÜK QADAĞASI GƏLDİ

HİKMƏT MƏMMƏDOVA NİYƏ KİMSƏ BATA BİLMİR?

DİA.AZ: - Astara Gömrük Keçid məntəqəsindən çeşidli şikayətlər oxuculara yaxşı tanışdır. Bu dəfə isə şikayət Astara Gömrükxanasında meydan sulayan Nəqliyyat Nazirliyinin müfəttişlərindəndir. Onlar gömrüyün ərazisindən keçən yük maşınlarını müxtəlif yollarla soymaqla məşğuldurlar. Hansı vasitələrlə? Elə yük maşınları var ki, standartlara cavab vermir. Belə olduqda kələk işə düşür. Hansı sürücü ki, onların hər şərtinə razıdır onlara gözün üstə qaşın var deyən tapılmır. Amma elələri var ki, xırda bir anlaşılmazlığa görə İrana qaytarılır və ya da yükü boşaldılır.

Söhbət nədən gedir? Qanuna görə sərhədi keçən yük maşınlarının uzunluğu 12 metri, hündürlüyü isə 4 metri keçməməlidir. İranda isə yük maşınlarının hündürlüyü adətən 4,5 metr olur.

Etibarlı mənbədən DİA.AZ-a daxil olan məlumata görə, iki ölkənin yük maşınlarının hündürlükləri arasında olan fərq Azərbaycan Nəqliyyat Nazirliyin müfəttişlərinə fürsət verir ki, onlar öz qanunsuz əməllərini həyata keçirtsinlər. Mənbənin bildirdiyinə görə, bu taya keçən, İrana məxsus avtomobil daşıyan yük maşınlarının hündürlüyü adətən 4 metrdən artıq olur. Nəticədə, bu maşınlar hər gediş üçün nəqliyyat müfəttişlərinə 50 ABŞ dolları verirlər. Bu pulu Azərbaycanın iş adamları ödəyir.

Mənbənin bildirdiyinə görə, bir gündə əksər hallarda İrandan ölkəmizə 100-120 ədəd yük maşını keçir. İndi 50 dolları 100-ə vursaq... Digər yük maşınlarından da burada müəyyən bəhanələrlə pul alınır. Pul verməyənlər isə Astara gömrükxanasında təzyiqlə üzləşirlər. Belə ki, iyunun 29-da Azərbaycana keçən, İrana məxsus 17 917,20 803,93 665,25 459 nömrə nişanlı yük maşınlarının hündürlüyü 4,5 metr olub. Onları heç kim saxlamayıb. Lakin 34 455 nömrə nişanlı İrana məxsus yük maşını geri qaytarılıb. Səbəb isə maşının hündürlüyün 4,5 metr olması göstərilir. Bu yükün sahibi yazılmamış qanunlara tabe olmadığına görə cəzalandırılıb. Faktlar göstərir ki, bu istiqamətdə böyük bir cinayətkar qrup fəaliyyət göstərir.

Mənbənin bildirdiyinə görə, standarta uyğun gəlməyən yük maşınlarının cəriməsi də var. Bunun üçün nəqliyyat nazirliyindən məktub olmalıdır. Bu da böyük xərc hesabına başa gəlir. Digər tərəfdən məktubun verilməsi 15 gün çəkir. Nəticədə, sahibkar həmin cinayətkar qrupun yazılmamış qanunlarına tabe olmaq məcburiyyətində qalırlar.

Bir neçə il bundan əvvəl yollarda tərəzilər qoyuldu. Bu tərəzilərin yanında nəqliyyat müfəttişliyinin postları da tikildi. Əvvəllər həmin postlarda standarta uyğun gəlməyən çoxlu yük maşınları saxlanılardı. İndi heç bir maşını saxlamırlar. Sadəcə, hər bir sürücü bu postlarda nə qədər rüşvət verəcəyini çox yaxşı bilir. Yollardan həmin yüksək tonnajlı yük maşınları sərbəst hərəkət edir. Əvvəllər yol polisləri onlardan haqq alırdılarsa, indi bu rol nəqliyyat müfəttişlərinə tapşırılıb.

Mənbənin bildirdiyinə görə, bu işdə Astara gömrüyü ilə nəqliyyat müfəttişliyi razılaşdırılmış qaydada fəaliyyət göstərirlər.

Onu da bildirək ki, bütün bu özbaşına mühitin hökm sürdüyü gömrük məntəqəsinə В«RokfellerВ» ləqəbli Hikmət Məmmədov rəhbərlik edir ki, ona hələ də indiyənə qədər В«gözün üstə qaşın varВ» deyən olmayıb. Bunu xatırladan məlumatlı qaynağın iddialarına görə, özünü gah Qəbələnin icra başçısı postunda görən, gah da Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə hazırlaşması barədə məlumatlar yaydıran mili В«RokfellerВ»imiz hətta ara-sıra dövlət gömrük rəhbərliyinin iradlarını belə qulaqardına vurur. Ki, bu da onun arxasında dayanan qüvvələrin əzəməti ilə bağlıdır.

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt