Əsas Səhifə > Güney Press / Manşet > TÜRKİYƏ ÖZÜ ÖZÜNÜ ZİBİLƏ SALMAQDA DAVAM EDİR

TÜRKİYƏ ÖZÜ ÖZÜNÜ ZİBİLƏ SALMAQDA DAVAM EDİR


13-07-2012, 17:53
TÜRKİYƏ ÖZÜ ÖZÜNÜ ZİBİLƏ SALMAQDA DAVAM EDİR

TÜRKİYƏDƏ DÖVLƏT SƏVİYYƏSİNDƏ NƏŞR OLUNAN KİTABDA BİABIRÇILIQ

DİA.AZ: - Qardaş Türkiyə yanlışı yanlışın ardınca buraxmaqdadır. Necə ki PKK kürdləri ilə bağlı yürütdükləri səhv siyasət bu gün rəsmi Ankaranı çətin mərhələləri aşmaq zorunda qoyur, eləcə də erməni məsələsində tutduqları xətt bu qardaş ölkəyə çox baha başa oturmaqdadır. Hər halda, istənilən addımda biz türklər erməni həyasızlığı faktorunu nəzərə almaq zorundayıq.

Amma deyəsən, qardaş Türkiyə türkləri bəzən bunu unudurlar ki, bu da nəticədə hər bir türk xalqı üçün başağrısına, əlavə problemlərə səbəb olur.

Elə bu günlərdə İstanbulda Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı nəşr olunan kitab da bu qəbildən hesab oluna bilər. Yəni Türkiyə türklərinin buraxdıbı növbəti yanlış.

DİA.AZ bildirir ki, Türkiyədə 26 iyun tarixində keçirilən sözügedən təşkilatın yubiley sammiti ilə bağlı nəşr olunan kitabın ermənistana aid hissəsində yer alan material və foto düşmənlərimiz üçün əlavə sərsəmləmə fürsəti yaradıb. Belə ki, Ermənistana aid hissədə Ağrı dağın (Ararat) rəsminin əks olunmasını ermənilər başqa şəkildə təqdim edirlər.

Qeyd edək ki, həmin nəşrdə Türkiyənin dövlət başçısı Abdullah Gülün və xarici işlər naziri Davud Güloğlunun da çıxışları yer alıb ki, bu da kitabın Türkiyə dövləti səviyyəsində hazırlanması anlamını daşıyır. Elə buna görə də bu fakta istinad edən ermənilər bildirirlər ki, əslində Ağrıdağın Ermənistana aid bölmədə əks olunması Türkiyə dövləti tərəfindən bu dağın qədim erməni ərazisi olmasının RƏSMİ ETİRAFIDIR.

Bu barədə yazan Ermənistanın xəbər portalları bildirir ki, Masis və Sis yüksəkliklərinin Ermənistan bölümündə yer alması Ağrıdağın Ermənistan ərazisi olmasına işarədir ki, bunu da türklər etiraf edirlər. Daha sonra erməni mətbuatı öz sərsəm fikirlərini bu şəkildə inkişaf etdirir: В«1921-ci ildə bağlanan Qars və Moskva anlaşmaları əsasında Ağrıdağı Türkiyəyə verilibВ».

Alın, bu da sizə yersiz xoşgörülük…

Geri qayıt