Əsas Səhifə > Güney Press / Manşet > ERMƏNİLƏR HİLAL MƏMMƏDOVA SAHİB ÇIXIR
ERMƏNİLƏR HİLAL MƏMMƏDOVA SAHİB ÇIXIR11-07-2012, 17:37 |
![]() BƏZİ В«HÜQUQ-MÜDAFİƏÇİLƏRİMİZВ» İSƏ ERMƏNİ KİV-İNƏ MATERİAL OLUB DİA.AZ: - Azərbaycanda vətənə xəyanətdə ittiham olunaraq həbs edilən В«Tolışi SədoВ» qəzetinin baş redaktoru Hilal Məmmədova Rusiyada yaşayan ermənilərin sahib çıxdığı məlum idi. İndii də düşmən Ermənistan bir dövlət olaraq İranın xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən Hilal Məmmədovun müdafiəsinə qalxıb. DİA.AZ bildirir ki, bununla bağlı son iki gün ərzində erməni mətbuatında silsilə materiallar dərc olunur və hətta ingilis, fransız və rus dillərində olan erməni xəbər portalları Azərbaycan barəsində dünya ictimaiyyətinin nəzərində mənfi imic yaratmağa çalışmaqdadır. Belə ki, materialların birində erməni portalı vupğulayır ki, azərbaycanlılar hər zaman belə olub və hər zaman mili azlıqlara qarşı diskriminasiya siyasəti yürüdüblər: В«Onlar (bizi nəzərdə tuturlar -red.) təbliğ və əmin edirlər ki, Qarabağ ermənilərinə bir vətəndaşları kimi davrana biləcəklər. Amma Hilal Məmmədovla bağlı məsələ göstərdi ki, bu imkansızdırВ». Hər halda, bu kimi təbliğatın erməni xislətinə uyğun olduğu aydındır. Amma aydın olmayanı, bu gün bəziləri tərəfindən Hilal Məmmədovun məhz mili kimliyi səbəbindən hədəfə alınmasını təbliğ edən ÖZÜMÜZÜNKÜLƏRİN apardığı kampaniyadır. Pula görə, qrant layihələrinə görə, təhlükəli mövqedə dayananda, nəticəsi də bu, olmalıdır. Artıq, cənablar, sizlər düşmən mətbuatı üçün bir material funksiyasını həyata keçirməkdəksəniz. Və sizdən malzəmə kimi istifadə edən erməni KİV-inin hədəfində sizin də daxil olduğunuz, elementi olduğunuz Azərbaycan dövlətidir. Bir qeyrisi deyil… Geri qayıt |