Əsas Səhifə > Güney Press / Manşet > MƏDƏT QULİYEVİN İŞÇİLƏRİ NECƏ “TORBA TİKİR”?

MƏDƏT QULİYEVİN İŞÇİLƏRİ NECƏ “TORBA TİKİR”?


11-07-2012, 15:41
MƏDƏT QULİYEVİN İŞÇİLƏRİ NECƏ “TORBA TİKİR”?

PENİTENSİAR XİDMƏTİN İŞÇİLƏRİ GÜNAHSIZ ŞƏXSƏ 12 İL İŞ VERDİRİBLƏR

DİA.AZ: - 3 saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Ağayev İlqar Əhməd oğlu tərəfindən redaksiyamıza müraciət daxil olub. Penitensiar xidmətin əməkdaşlarının qurduğu oyunun qurbanı olduğunu iddia edən şikayətçinin müraciətində deyilir:

“Mən Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyul 2012-ci il tarixli hökmü ilə A.R.C.M.-nin 234.4.1: 234.4.2: 234.4.3-ci maddələr ilə təqsirli bilinib 12-il müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişəm. Cəzamı xüsusi rejimli cəzaçəkmə müəssəsində çəkməyim qət edilmişdir. Bildirirəm ki, məhkəmənin hökmü işgəncə , aldatma, təzyiq yolu ilə alınmış ifadələrlə zəngin qondarma saxta ittihama əsaslanaraq çıxarılmışdır ki, bu bir günahsız insanın faciəsi ilə nəticələnib.

Məhkəmədə tam sübut olundu ki, mən cinayət işi üzrə məhkum edilən digər şəxslərlə əlbir olmamışam. Cinayət törətməmişəm. 1 saylı CÇM-nin əməliyyat şöbəsinin böyük inspektoru Fəqan Yaqubov və Nizami RPİ-nin İŞ-nin müstəntiqi Bakir Məmmədov əlbir olub təzyiqlərlə təqsirləndirilən şəxslər Bəhruz İbadovdan və Natiq Xəlilovdan mənim əleyhimə yalan ifadələr alıb məni məhkum etmək planını həyata keçirmişlər.

Əslində isə cinayət hadisəsi belə olmuşdur.

Təqsirləndirilən şəxs:

1 saylı CÇM-də cəza çəkən Bəhruz İbadov əvəllər eyni CÇM-də cəza çəkən Məhkum dostu Natiq Xəliova zəng edib ona narkotik vasitə olan heroini 1-saylı CÇM-nə gətirməyi tapşırmış və yaxın qohumu Ramal Paşayevi bu işə cəlb etmişdir. Ramal Paşayev əvvəlcədən razıladırılmış kimi Natiqdən kəllə qəndə qarışdırılmış heroini alıb sovqat gətirmək adı ilə 1 saylı CÇM-nə qohumu Bəhruz İbadova gətirən zaman həmən cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən yoxlanılmışdır.

İttihamın mahiyyəti budur. Bəhruz yaxın qohumunu cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə 1saylı CÇM-nin əməkdaşı Fəqan Yaqubovun şərtləri ilə razılaşıb mənim əleyhimə məcbur olub yalan ifadə verib. Mənim bu cinayətin planını hazırlamağımı göstərmişdir. Həmçinin digər təqsirləndirilən şəxs Natiq Xəlilovu isə Nizami RPŞ-nin Müstəntiqi Bakir Məmmədov təhrik ilə mənim əleyhimə yalan ifadə verməyə məcbur etmişdir. Müstəntiq ona söz vermişdir ki, sən ilkin araşdırmaya uyğun olaraq İlqar Ağayevin əleyhinə yalan ifadə versən, sənə ARCM-in 234.1-ci maddəsi ilə ittiham verəcəyəm, o da buna razılaşmışdır.

CÇM-nin əməkdaşı Fəqan Yaqubovun apardığı ilkin araşdırmanın qanunsuz qərəzli olmasını nəzərə almaq əvəzinə müstəntiq Bakir Məmmədov ibtidai istintaqında həmən qərəzli araşdırma materilllarına uyğun olaraq qanunsuz istintaq aparılmışdır.

Qondarma ittihamda göstərilən telefon əlaqələri araşdırılmamışdır. Çünki qondarma ittihamda göstərildiyi kimi mənim nə Natiqlə nə də ki, Ramalla telefon əlaqələrim olmamışdır. Bunu ağır cinayətlər məhkəməsinin hakimi Zeynal Ağayev dövlət qanunlarını yox, öz şəxsi maraqlarını qondarma ittihamı üstün tutub çox ədalətsiz qanunsuz hökm çıxarmışdır. Məhkəmədə ortaya qoyulan konkret və mötəbər sübutlar əsas verir ki, ittihamın mənim barəmdə olan hissəsinə xitam verilsin. Bir nəfər despot əməkdaşın qərəzliliyi nəticəsində qondarma ittihamla ədalətsiz hökmlə 12-il müddətində qanunsuz olaraq məhkum edildim. Mən prezident Əliyev cənablarından, Mehriban xanım Əliyevadan bütün vicdanlı insanlardan ədalətin bərpa edilməsində mənə kömək etmələrini xahiş edirəm. Hökmdən Apelliyasiya şikayəti vermişəm. Sizdən çox-çox xahiş edirəm şikayətimə obyektiv baxıb ədalətli qərar çıxarılmasına nail olmaq üçün mənə yaxından kömək göstərin”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt