Əsas Səhifə > Güney Press / Manşet > SƏLİM MÜSLÜMOVA QARŞI YENİ DALĞA BAŞ QALDIRIR

SƏLİM MÜSLÜMOVA QARŞI YENİ DALĞA BAŞ QALDIRIR


9-07-2012, 17:05
SƏLİM MÜSLÜMOVA QARŞI YENİ DALĞA BAŞ QALDIRIR

FOND RƏHBƏRİNİN VURULMASINDA KİMLƏR MARAQLIDIR?

DİA.AZ: - Keçən ilin fevral ayından etibarən start götürən antikorrupsiya tədbirləri zamanı ən çox itki verən dövlət qurumu kimi tanınan Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun əslində sözügedən prosesdə bir nömrəli hədəfə çevrilməsi heç də təsadüfi deyilmiş. Redaksiyamızın mötəbər mənbələrdən əldə etdiyi informasiyaların mahiyyətindən də bu aydın olur.

Belə ki, DİA.AZ-a daxil olan informasiyaya görə, Prezident Administrasiyasının sən demə, sosial müdafiə fonduna köçürmələrində ciddi axsamalara yol verilib və hətta PA-ya aid strukturlardan birinin DSMF-yə 38 min manatdan bir qədər artıq borcu da yaranıb.

Mənbəmizin söylədikləri: В«Bununla bağlı DSMF adından PA-ya müraciət olunsa da, müraciətlər cavabsız buraxılıb. Nəhayətdə iş məhkəməyə düşəsi olub və DSMF-nin iddiası ilə tələb olunan iş hələ də məhkəmə qapılarında dolaşmaqdadırВ».

Təbii ki, belə bir səbəbdən rəhbəri olduğu qurumun hətta hansısa qanadının məhkəməyə verilməsinə səbr etməyən RAmiz Mehdiyevin cavabı da gecikə bilməzdi. Mənbəmizin sözlərinə görə, antikorrupsiya tədbirlərində DSMF-nin bir nömrəli hədəfə çevrilməsinin əsl nədəni də məhz fonda köçürülən pullarla bağlı yaranmış qalmaqaldır.

Son xəbərlərə görə isə artıq PA rəhbərliyi tərəfindən Səlim Müslümova qarşı yeni hərəkətlənmənin start düyməsinin basıldığı da bildirilir: В«İlkin mərhələdə Səlim Müslümovun qol-budacı В«budandıВ». İndi isə sıra onun özünə çatıbВ».

Geri qayıt