Əsas Səhifə > Güney Press / Manşet > İMİŞLİDƏ MÜDHİŞ SUBSİDİYA KORRUPSİYASI

İMİŞLİDƏ MÜDHİŞ SUBSİDİYA KORRUPSİYASI


9-07-2012, 16:28
İMİŞLİDƏ MÜDHİŞ SUBSİDİYA KORRUPSİYASI

İCRA NÜMAYƏNDƏSİ VƏTƏNDAŞIN ADINA OLAN PULLARI NECƏ MƏNİMSƏYİB?

DİA.AZ: - Redaksiyamıza İmişlidən ilginc bir şikayət ərizəsi daxil olub. DİA.AZ-ın elektron poçtuna göndərilən məktubun mətnindən belə aydın olur ki, sən demə əyalətdə elə işbaz məmurlar var ki, onlar hətta paytaxtdakıları fırıldaq səviyyəsinə görə kölgədə də qoya bilərlər. Doğrudur, onların fırıldaqları hesabına əldə olunan gəlirlər Bakıdakı məmurların əldə etdiklərindən dəfələrlə azdır, amma fırıldağın ideyaları olduqca ilgincdir və redaksiyamıza müraciət edən İmişli rayonu Qaralar kənd sakini Səməd İbadov da belə bir faktı açıqlayır.

Xatırladaq ki, yerli mətbuatda dəfələrlə kənd təsərrüfatına subsidiyaların ayrılmasında baş verən özbaşınalıqlarla bağlı samballı materiallar dərc olunsa da, bu məsələ ilə bağlı kiminsə sorğu-sual edilməsinə rast gəlinməyib. Bəlkə də bunai görədir ki, Səməd İbadovun narazılıq etdiyi Qaralar kəndinin icra nümayəndəsi işləyən Həsən Hüseynov adlı şəxs də digərləri kimi özlərini cəzasızlıq mühitində hiss edirlər.

Şikayətçi məktubunda deyir: В«Qaralar kəndinin icra nümayəndəsi Həsən Hüseynov mənim adıma 2007-ci ildən bəri kənd təsərrüfatı ilə əlaqədar yazılan bank kartına köçürülən pulları mənimsəməkdədir. Mən 2011-ci ilin mart ayında В«KapitalBankВ»ın İmişli rayon şöbəsində olarkən bundan xəbər tutdum. Və öyrəndim ki, 2007-ci ildən 2010-cu ilə qədər adıma olan karta davamlı surətdə pul köçürülüb. Və maraqlı orasıdır ki, mənim adıma olan torpaq sahəsinin ərazisinin 2,12 ha olmasına baxmayaraq, Həsən Hüseynovun əməlləri nəticəsində dövlətə fırıldaq gəlinərək ərazi 13,1 ha göstərilib. Və bunun da nəticəsində mənim adıma bankdan pullar çıxarılıbВ».

Qaralar kəndinin icra nümayəndəsinin qurbanı olmuş Səməd İbadov bildirir ki, məsələ ilə əlaqədar dərhal Milli Təhlükəsizlik Nazirliyinə, Baş prokurorluğa müraciət edib: В«Korrupsiyaya qarşı mübarizə idarəsindən məni dəfələrlə çağırdılar və mən də müvafiq sənədləri onlara təqdim etdim. Müstəntiq Valeh Quliyev məndən əlimdəki danılmaz faktları aldı və cinayət işinə əlavə etdiВ».

Amma Səməd İbadov bildirir ki, buna rəğmən icra nümayəndəsi ilə bağlı hansısa ölçü götürülməyib: В«Həsən Hüseynov bildirir ki, o, müstəntiqə 25 min manat rüşvət verib və işi bağlatdırıb. Sonra mənə dedi ki, sənə heç bir manat da verməyəcəm, get, kimə istəyirsənsə, şikayət eləВ».

Son ümid yeri kimi ölkə prezidentinə üz tutduğunu bildirən şikayətçi düşən İmişli sakini onu da bildirdi ki, bir sahibkar olaraq onun yeganə inam bəslədiyi şəxs dövlət başçısıdır: В«Cənab prezident, mənə köməkliyi yalnız siz edə bilərsiniz və bu ədalətsizliyin cavabı verilməlidirВ».

Geri qayıt