Əsas Səhifə > Güney Press / Manşet > “POSTOVOY”LAR ÜÇÜN YENİ GƏLİR YERİ AÇILIB
“POSTOVOY”LAR ÜÇÜN YENİ GƏLİR YERİ AÇILIB6-07-2012, 16:37 |
![]() NİZAMİ METROSUNUN QARŞISINDAKI “KİTAYSKİ BAZAR” KİMİNDİR? DİA.AZ: - “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Bakıda bütün sahələr üzrə əməlli – başlı qayda – qanun yaradılmışdı. Qanunsuz küçə ticarəti ləğv olunmuşdu, küçələrdə qadağan olunmuş yerlərdə maşınların saxlanılmasına qarşı ciddi mübarizə aparılırdı, marşrut avtobusları qaydalara ciddi riayət edirdi. Hətta London taksilərinin sürücüləri də gediş haqqını sayğaca uyğun tələb edirdilər. Şəhərdə maşın sıxlığı, el dilində desək, propka aradan qaldırılmışdı. Adam istəyirdi ki, “Eurovision-2012” mahnı müsabiqəsi il boyunc a davam etsin. Sən demə, şəhərdə yaradılmış bu qayda – qanundan əməllicə ziyana düşənlər var imiş. Məsələn, qanunsuz küçə tiçarətindən qazananlar möhkəm dilxor idilər. Müsabiqə başa çatar – çatmaz dəllallar küçə ticarətini daha da genişləndirdilər. Görünür əvvəlki günlərin yerini doldurmaq iştəyirlərmiş. Bunun canlı şahidi olmaq istəyənlər özünü metronun “Nizami” stansiyasının qarşısına versinlər. Metronun “Nizami” stansiyasının qarşısında neşə vaxtdır ki, “Kitayski bazar” fəaliyyət göstərir. Bu bazar getdikcə sahəsini daha da genişləndirir. Bazarda istədiyin kitayski malları tapa bilərsən. Son vaxtlar bazarda əhalinin gediş – gəlişi gur olan yerlərində qadın alt paltarları da satışa çıxarılıb. Bir də görürsən ki, yekə bir kişi qadın alt paltarını başı üzərinə qaldıraraq bir qədər də dartır və uca səslə deyir:”Görəsən bu, bizim arvada olar?” Asayişi qaroyan polis işçiləri də bu mənzərəni gülə - gülə seyr edirlər. Bu polislər əslində asyişdən çox, “Kitayski bazarı” mühafizə edirlər. Çünki onlar a da “yer pulu” çatır. Belə olmasaydı, polislər dəstə - dəstə “Kitayski bazar”ın ətrafında fırlanmazdılar. Bir də görürsən ki pols işçiləri bazarı dağıdırlar. Hətta uca səslə qışqırırlar:”Yiğişdırın, daha qurtardı. Bu gündən daha heç kim burada mal satmayacaq.” Bazarın alverçiləri isə sanki buna öyrəşiblərmiş kimi bir – birilərinə deyirlər ki, yenə də “yer pulu”nu qaldırmaq istəyirlər. Burada mal satanlardan soruşanda ki, Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin bu bazardan xəbəri var? Axı, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalubovun küçə ticarətinin qadağan olunması barədə sərəncamı var. Deyirlər ki, pul olan yerdə sərancam boş şeydir. Bəs Vergilər Departamenti necə? Bu sualın da cavabını asanlıqla verirlər: biz hər günün “vergisini” veririrk. Bu “vergi”nin dövlət büdcəsinə və ya kimlərinsə cibinə getdiyi bazar alverçiləri üçün bir o qədər də maraqlı deyil. Əsas odur ki, “Kitayski bazar”a dəyib – dolaşan yoxdur. Buradakı alverçilər deyirlər ki, bazarın olmasının Yasamal Rayon İcra Hakimiyyəti üçün böyük əhəmiyyəti var. Hər kvartal hesabat verirlər ki, rayonda filan qədər iş yeri açılıb. Onların da “yer pulu” məsələsi vaxtında həll olunur. Ona görə də abadlıq apardıqları yeri viran qoysaq da heç nə demirlər. Burada yardaılımış zibilliyə, natəmizliyə Yasamal Rayin Gigiyeniya və Epidemiologiya Mərkəzinin biganəliyini öyrənməyə ehtiyac duymadıq. Çünki “yer pulu” məsələsi bütün problemləri istənilən qaydada həll edir. Bizi bir şey daha çox maraqlandırır. Görəsən, “Kitayski bazarı” pul, qazanc naminə qoruyanlar namus - qeyrəti, iməti, abır – həyanı bu qədər unudublarmı ki, hətta küçədə, əhalinin gediş – gəlişinin gur olan yerində qadın alt paltarlarının satışına da göz yumurlar? Yəni bazardan gələn qazanc namusdan, qeyrətdən üstün oldumu? Görünür bəzi “kişilər” üçün belədir. Metronun “Nizami” stansiyasının qarşısındakı “Kitayski bazarı” və buradakı antisanitariyanı, natəmizliyi görənlər deyirlər:”Haradasan, ay “Eurovision-2012”, Bir də nə vaxt gələcəksən? Bəlkə şəhərimiz yenidən təmizliyə çıxar, küçələrdəki bu özbaşınalıqların qarşısı alınardı.Şəhərin meri də deyərdi ki, buyurun gəlin Bakımıza baxın və ləzzət alın”. İndi isə ləzzət almağa heç nə yoxdur... Elxan KƏRİMOV - DİA.AZ Geri qayıt |