Əsas Səhifə > Güney Press / Manşet > FAZİL MƏMMƏDOV ŞOU-BİZNESƏ ƏL GƏZDİRƏCƏK
FAZİL MƏMMƏDOV ŞOU-BİZNESƏ ƏL GƏZDİRƏCƏK3-07-2012, 16:49 |
![]() QAZ VURUB QAZAN DOLDURAN MÜĞƏNNİLƏR HƏDƏFƏ ÇEVRİLİR DİA.AZ: - Müğənnilərimiz el şənliklərindən və şou-proqramlardan qaz vurub qazan doldurduqları halda vergi ödəməkdən nədənsə boyun qaçırırlar. Onu da xatırladaq ki, neçə müddətdir ki, bu problem - yəni müğənnilərin vergidən yayınması aktual bir məsələyə çevrilsə də, hələ də orda-burda böyük-böyük danışıb, vətənpərvərlikdən dəm vuran ayrı-ayrı şou-biznes nümayəndələri vergi verməyə nəinki maraq göstərmirlər, ümumiyyətlə, bu öhdəliyə əməl etməyi ağıllarının ucundan da keçirmirlər. Bu səbəbdən də Vergilər Nazirliyinin hətta müğənnilərin qara siyahısını hazırlaması da məlumdur. Bildirək ki, hər dəfə bu məsələ qaldırılanda vergidən yayınan müğənnilərin siyahısında adı olan müğənnilər isə ciddi-cəhdə vergi ödədiklərini deyirlər. Xatırladaq ki, bir neçə müddət öncə bu məsələ qaldırıldığı zaman müğənnilər hətta Vergilər Nazirliyini hədəfə də almışdılr. Mətbuata açıqlamasında vergi ödədiyini deyən Manana Çaparidze Vergilər Nazirliyinin onun adını hallandırmasını əsassız saymışdı. “Mən vergidən əlavə hətta bir çox müğənnilərə məlum olmayan Pensiya Fonduna da pul ödəyirəm. Çox təəssüf edirəm ki, vergini vaxtlı-vaxtında ödəməyən müğənnilər sırasında mənim də adım qeyd olunub. Mən Yasamal rayonunda qeydiyyatdayam. İnanmayanlar gedib orada mənim vergi ödəyib-ödəmədiyimi yoxlaya bilər. Hətta əlimdə hər ayın hesabatı var. Bunu da istənilən adama göstərə bilərəm”. Röya kimi tanınan müğənni Röyalə Nəcəfova da vergisini vaxtlı-vaxtında ödədiyini söyləyir. Əməkdar artist Ədalət Şükürov isə hər ay nə az, nə çox - düz 150 manat vergi ödəyir. Siyahıda adı olan əməkdar artist Brilliant Dadaşova və müğənni Mətanət İsgəndərli də vergidən yayınmadıqlarını söyləyirlər. “Cənab qızıl şlyager” Faiq Ağayev isə vergi söhbətindən əməlli-başlı qəzəblənib. Hər rüb gəlirinin 4 faizi mislində vergi ödədiyini deyən əməkdar artist bu məbləğin 100 manatdan çox olmadığını deyir: “Mən vergi ödəyən müğənnilər arasında liderəm və vergi ödəməkdən heç vaxt yayınmamışam. Bundan əlavə, konsertlərimi təşkil edən zaman verginin dəyəri 800 manat olur”. Hər halda, müğənnilərin özlərinin açıqlamalarında da açıq-aydın duyulur ki, onlar real gəlirlərini dövlətdən gizlədirlər. Elə Faiq Ağayevin açıqladığı rəqəmə baxaq, gəlirinin 4 faizi, yəni 100 manat pul. Belə çıxır ki, Faiq Ağayev bir ay ərzində 2500 manat pul qazanır. Amma Faiq Ağayev qarışıq müğənnilərimizin toy qiymətləri isə bunun tamam əksini deyir. DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində təxmini olaraq həmin toy tariflərini də müəyyən edə bilmişik ki, həmin qiymətləri diqqətinizə çatdırırıq: Bütün toy: Faiq Ağayev - 15 000 Brilliant Dadaşova - 12 000 Abbas Bağırov - 10 000 Xumar Qədimova - 8 000 Samir Piriyev - 7 000 Nadir Qafarzadə - 7 000 Elton - 7 000 Nazpəri Dostəliyeva - 7 000 Vasif Məhərrəmli - 6 000 Könül Kərimova - 6 000 Xatirə İslam - 6 000 Könül Xasıyeva - 6000 Ayaz Qasımov - 5 000 Nüşabə Ələskərli - 5 000 Xuraman Şuşalı - 4 500 Rəqsanə - 4 500 "Şeron" qrupu (Ülvi) - 4 500 Mətanət İskəndərli - 4 500 "Şeron" qrupu (Rüstəm) - 4 500 Faytonçu Nazim - 4 000 İzzət Bağırov - 4 000 Üzeyir Mehdizadə - 4 000 Ruhəngiz Allahverdiyeva - 3 000 Əlikram Bayramov - 3 000 Manaf Ağaev - 3 000 Əflatun Qubadov - 3 000 Mənzurə Musayeva - 3 000 Nazənin - 3 000 Elariz - 3 000 Səməd Səmədov - 2 500 Kamran Həsənli - 2 000 Yarım saat: Röya - 5 000 Brilliant Dadaşova - 4 000 Aygün Kazımova - 4 000 Namiq Qaraçuxurlu - 3 000 Elnur - 3 000 Xumar Qədimova - 2 500 Manana - 2 500 Ədalət Şükürov - 2 500 Nadir Qafarzadə - 2 000 Eyyub Yaqubov - 2 000 İlqar Muradov - 2 000 Nazpəri Dostəliyeva - 2 000 Xatirə İslam - 2 000 İzzət Bağırov - 1 500 Aygün Bəylər - 1 000 Üzeyir Mehtizadə - 1 000 Ruhəngiz Allahverdiyeva - 1 000 Könül Xasıyeva - 1 000 Meyxanaçı Vüqar - 800 İndi isə özünüz nəticə çıxarın, bütün toyu 15 min manata oxuyan Faiq Ağayev rəsmi hesabatlarında cəmi-cümlətanı bir ay üçün 2500 manat pul qazandığını iddia edir. Buradan da o nəticə çıxır ki, Faiq Ağayev bir ay ərzində yalnız bir dəfə toya çağrılır ki, o da yalnız ağzının açıb-yumması üçün nəzərdə tutulan 2500 manata başa gəlir. Hər halda, В«qızıl şlyagerВ»in söylədiklərindən bu qənaət hasil olur. Amma deyəsən, bizim kimi rəsmi dövlət qurumları da, xüsusən Vergilər Nazirliyi də müğənnilərin vergi hesabatlarındakı rəqəmlərin saxtalağından şübhələniblər. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, şou-biznes nümayəndələrinin vergi hesabatlarının dəqiq olması üçün nazirlik tərəfindən xüsusi proqram hazırlanır və bu proqram üzərə reydlər keçiriləcək. Onu da qeyd edək ki, belə bir şərait yalnız Azərbaycanda hökm sürür. Yəni müğənnilərin real qazanclarını dövlətdən gizlətmələri. Məsələn, qardaş Türkiyədə il ərzində 2-3 milyon ABŞ dolları həcmində vergi ödəyən müğənnilər də var. Biz demirik ki, Azərbaycanın şou-biznes təmsilçiləri bu qədər vergi versinlər, amma ən azından bu gün Faiq Ağayev, Manaf, Röya kimi müğənnilərin bir ayda 2-3 min manat vergini sırf qanuni yolla ödəmə qabiliyyətində olmaları hər kəsə məlumdur. Redaksiyamıza daxil olan bir başqa məlumatda isə bildirilir ki, parlamentin payız sessiyasında müğənnilərlə bağlı vergilər məcəlləsinə dəyişikliklərin edilməsi də planlaşdırılır. Bunun nə qədər həqiqəti ehtiva etməsini isə yaxın gələcəkdə görəcəyik. Bizi izləyin… Geri qayıt |