Əsas Səhifə > Güney Press / Manşet > В«NN ŞEFİNİ VURUNВ» SİFARİŞİ HARDAN GƏLİR?

В«NN ŞEFİNİ VURUNВ» SİFARİŞİ HARDAN GƏLİR?


3-07-2012, 15:55
В«NN ŞEFİNİ VURUNВ» SİFARİŞİ HARDAN GƏLİR?

BU MƏSƏLƏDƏ PA-NIN ƏSAS MARAQLI TƏRƏF OLDUĞU SÖYLƏNİLİR

DİA.AZ: - Son günlər nəqliyyat naziri Ziya Məmmədova qarşı yeni bir mətbu cəbhə açılıb ki, bu əsnada da xüsusi olaraq canfəşanlıq edənlər sırasında birbaşa olaraq Prezident Administrasiyasına bağlı olan KİV-lərin öncüllük təşkil etdiyini görürük. Bununla bağlı DİA.AZ-a əlavə bilgilər verən Nazirlər Kabinetindəki məlumatlı mənbə iddia edir ki, əslində PA-nın şöbə müdiri Əli Həsənovun kurasiyasında olan və KİVDDF-dən maliyyə yardımı alan qəzetlərdə Ziya Məmmədovun В«vurulmasıВ» konkret sifarişin təzahürü kimi qəbul olunmalıdır.

Ziya Məmmədovla PA rəhbəri Ramiz Mehdiyevin konfliktdə olduğunu bildirən qaynağın sözlərindən o da aydın oldu ki, bu işdə Əli Həsənov ehtiyatlı davranış taktikasına üstünlük verir: В«Təbii ki, birbaşa olaraq hakimiyyətə bağlı olan mətbuatın antiMəmmədov kampaniyasına cəlb edilməsi imkansızdır. Bu öz növbəsində böyük səs-küy yarada bilər və eyni zamanda hakimiyyət daxilindəki böhranlı durumu ictimailəşdirə bilər. Buna görə də, NN şefinə qarşı mətbu əks-təbliğat kampaniyası əsasən hakimiyyətə yandaş hesab olunan qəzetlərin vasitəsilə həyata keçirilirВ».

Bildirək ki, Əli Həsənovun rəhbərliyi altında cərəyan edən bu proses neçə müddətdir həyata keçirilir: В«Hətta nüfuzlu xəbər agentlikləri də bu işdə fəallıq nümayiş etdirirdilər. Yalnız NN-nə aid bəzi şəxslərin şəxsi tanışlıqları hesabına prosesə müdaxiləsi onlardan bəzilərinin antiMəmmədov kampaniyasından imtinası ilə nəticələndi. Amma elə agentliklər də var ki, az qala günaşırı qaydada Ziya Məmmədovu nüfuzdan salan materialları ictimailəşdirməklə məşğuldurlarВ».


Geri qayıt