Əsas Səhifə > Güney Press / Manşet > ELDAR ƏZİZOV YAY DÖVRÜNDƏN TAM FAYDALANIR

ELDAR ƏZİZOV YAY DÖVRÜNDƏN TAM FAYDALANIR


3-07-2012, 15:46
ELDAR ƏZİZOV YAY DÖVRÜNDƏN TAM FAYDALANIR

İCRA BAŞÇISI В«KASIB ADAMIN BİZNESDƏ NƏ İŞİ VARВ» DEDİ

DİA.AZ: - Sumqayıtın icra başçısı Eldar Əzizovun qəribə məntiqi var imiş. Bu barədə ölkənin üçüncü ən böyük şəhərindən DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, iki gün əvvəl icra hakimiyyətinin nümayəndələri yenidən Xəzər sahilindəki obyektlərə qarşı reydlər keçiriblər.

Mənbə bildirir: В«Reydlər zamanı sahildə yerləşən obyektlərin sahiblərindən pul toplanılıb və onlardan bəzilərinin etiraz etmələrinə baxmayaraq, Eldar Əzizovun fərraşları istədiklərinə nail olublar. Yəni pul verməyən bir kimsə qalmayıbВ».

Məlumata görə, hər bir sahibkardan təxminən 1000-1500 manat arası pul alınıb: В«Səbəbi göstərilməyib. Hətta bəziləri deyir ki, bu proses hər ay davam edəcək. Yay dövrü gəldiyindən sahildəki obyektlərin işi yaxşı gedir və bunu nəzərə alan Eldar Əzizov da bu В«yaxşı işВ»dən öz payını mütləq almalıdırВ».

Mənbəmizin sözlərinə görə, pulyığma kampaniyası zamanı maraqlı bir hadisə də yaşanılıb: В«Sahibkarlardan biri icra hakimiyyətinin işçisinin tələb etdiyi 1200 manatı verə bilməyəcəyini, özünün kasıb adam olduğunu əsas gətirərək yalnız 800 manata gücünün çatdığını söyləyib. Bu zaman Sumqayıt İH-nin əməkdaşı eləməyib tənbəllik, birbaşa başçı ilə əlaqə saxlayıb və Eldar Əzizov da həmin sahibkara maraqlı bir cavab verib. İH-nin əməkdaşı obyekt sahibinə bildirib ki, Eldar müəllim В«kasıb adamın biznesdə nə işi varВ» deyib. Və bundan sonra çarəsiz qalan sahibkar tələb olunan məbləği borc taparaq düzəldibВ».

Əslində Eldar müəllim tam haqlıdır. Həqiqətən də, kasıb adamın biznesdə nə işi var? Biznes yalnız harınlamış məmurlar üçündür. Kasıb adam isə acından ölməlidir. Bu, bir Azərbaycan aksiomudur ki, hələ də vətəndaşlarımızın sözügedən məqama heyrətlənməsi bizləri təəccübləndirməkdədir…

Geri qayıt