Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCANLI SEYİDİN ÜNVANI SƏHV SALMASI

AZƏRBAYCANLI SEYİDİN ÜNVANI SƏHV SALMASI


2-07-2012, 16:23
AZƏRBAYCANLI SEYİDİN ÜNVANI SƏHV SALMASI

ABSURD: QARABAĞ SEYİD OCAQLARI XAMENEİDƏN KÖMƏK İSTƏYİB

DİA.AZ: - “Qarabağ Seyid Ocaqları İran İslam Respublikası İslam İnqilabının Böyük Rəhbərinə müraciət edərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çıxış yolları göstərmələrini istəyibr. İslam-azeri.az-ın məlumatına əsasən, Qarabağ Seyid Ocaqlarının sədri Seyid Camal Əzimbəyli bir bəyanat yayıb.

Bəyanatda Azərbaycan Respublikası xalqının Ayətullah Xameneiyə olan məhəbbəti (?!), İran İslam Respublikasının Qafqazdakı nüfuzlu mövqeyinə işarə olunaraq bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda gözəçarpacaq dərəcədəki səyləri (?!) Böyük Rəhbərin Azərbaycan xalqına olan bir hədiyyəsi kimi dəyərləndirilib”.

DİA.AZ bildirir ki, hər halda, bu məlumatı olduğu kimi diqqətinizə çatdırmaqda bir məqsədimiz də o idi ki, dünənə qədər В«Yeni MüsavatВ» qəzetinin səhifələrində yer alan dini mövzularla bağlı yazıları ilə tanıdığımız Seyid Camalın bu gün Azərbaycanın Qarabağ torpaqlarını işğal etmiş düşmən Ermənistana açıq-aşkar dəstək nümayiş etdirən fars-molla rejimindən dəstək ummasının bizim üçün də anlaşılan olmadığını diqqətinizə çatdırmaqdan ibarət idi.

Hər halda, bu gün Azərbaycanda bələkdəki körpə də bilir ki, Ermənistanın hələ də bir dövlət olaraq ayaqda durmasının səbəblərindən biri və bəlkə də birincisi məhz bu düşmən məkana İrandakı fars-molla hakimiyyətinin dəstək verməsidir. Sirr deyil ki, məhz İrandan ötürülən yardımlar hesabına Ermənistan əlavə nəfəslik qazanıb. Və sirr deyil ki, şiə Azərbaycan türkünün qanına susamış erməni tanklarının yanacağı da İrandan ötürülür.

Belə olan təqdirdə Seyid Camalın ünvanı səhv salması kifayət qədər şübhəlidir.

Geri qayıt