Əsas Səhifə > Güney Press / Manşet > İRAN AZƏRBAYCANI NECƏ HƏDƏFİNƏ ÇEVİRİR?

İRAN AZƏRBAYCANI NECƏ HƏDƏFİNƏ ÇEVİRİR?


2-07-2012, 14:39
İRAN AZƏRBAYCANI NECƏ HƏDƏFİNƏ ÇEVİRİR?

FARS-MOLLA REJİMİNİN В«MÜNAFİQLƏR QRUPLAŞMASIВ» BƏHANƏSİ

DİA.AZ: - Dünən də məlumat verərək bildirmişdik ki, rəsmi Tehran Azərbaycana qarşı mətbu hücumlarını davam etdirir. Və yenə də köhnə mahnılarını oxuyan fars-mola təbliğatçıları Azərbaycanı guya ki, İran hakimiyyətinə qarşı hərəkət edən В«Münafiqlər OrdusuВ»nu himayə etməkdə, onlardan 700 nəfərini öz içində barındırmaqda ittiham edir.

Təbii ki, İran tərəfindən ölkəmizə ünvanlanan digər ittihamlar kimi, bunun da heç bir əsası yoxdur. Amma burada bir maraqlı məqam da var ki, həmin məsələyə önəm çəkməyimiz vacibdir.

Qeyd edək ki, İran tərəfi vaxtaşırı belə cəfəng ittihamlarla çıxış edir. Belə ki, bir müddət öncə rəsmi Tehran nüvə silahı hazırlanması ilə məşğul olan İranın fizika alimlərini İsrail kəşfiyyatının Azərbaycandan istifadə etməklə qətlə yetirdiklərini iddia edirdi. Baxmayaraq ki, İranın bunu sübut edəcək əsası yox idi. Həm şah zamanında, həm indiki rejimin vaxtında bu təşkilat İranda hakim rejimlərə qarşı mübarizə aparıb və silaha da əl atmaqdan da çəkinməyib.

В«Münafiqlər qruplaşmasıВ»nın müəyyən qismi İraqdakı “Əşrəf “adlı (Əşrəf İrana qarşı mübarizədə İraqda yerləşən “Xalq Fədailəri”nin rəhbəri olub, Güney Azərbaycan türküdür və döyüşdə həlak olub) çadır şəhərcikdə yaşayırdılar. İran hökuməti İraq qarşısında onların ölkədən çıxarılamsı tələbi qoyub, bir qismi İraqdan çıxarılıb. bu şəxslərin çoxu Avropa ölkələrində məskunlaşıb. Bu haqda Azərbaycanın bəzi ictimai qururmlarında etibarlı bilgilər var.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əslində Tehranın sözügedən qruplaşmadan ehtiyatlanmasının kifayət qədər ciddi əsasları var. Diplomatik qaynaqlardan redaksiyamıza ötürülən bilgiyə görə, В«Münafiqlər qruplaşmasıВ» bu gün İrana qarşı silahlı müqaviməti ortaya qoya biləcək yeganə əsas güc mərkəzidir: В«Təbii ki, bu qruplaşmada Azərbaycan türklərinin ideyalarının üstünlük təşkil etməsi qabarıq şəkildə hiss olunandır. Və bu səbəbdən də fars-molla rejimi davamlı olaraq həmin qruplaşmanın Şimali Azərbaycanda yerləşməsi barədə məlumatlar yayırВ».

Mənbəmiz onu da bildirdi ki, əslində В«Münafiqlər qruplaşmasıВ»nın Azərbaycanda hansısa toplu məskunlaşması mövcud deyil: В«Təbii ki, belə bir şey mümkün deyil. Amma fars-molla rejimi bu rəyi yaratmaqla, gələcəkdə - İrana qarşı hərbi əməliyyatların keçirildiyi zaman Azərbaycanı da hədəfinə çevirə bilməsi üçün indidən zəmin hazırlayırВ».

Geri qayıt