Əsas Səhifə > Güney Press / Manşet > BAKI TOYUNDA MİLLƏT DAVASI QALMAQAL YARATDI
BAKI TOYUNDA MİLLƏT DAVASI QALMAQAL YARATDI29-06-2012, 15:55 |
![]() В«HƏMƏN KÜRDƏMВ» MAHNISINI OXUYAN MÜĞƏNNİ DÖYÜLDÜ DİA.AZ: - Redaksiyamıza adının çəkilməsini istəməyən QHT sektoru nümayəndələrindən birinin verdiyi məlumatdan aydın olur ki, bir neçə gün əvvəl Bakı toylarının birində etnik zəmində mübahisə yaranıb. Mənbəmizin DİA.AZ-a söylədikləri: В«Toya gələn qonaqlardan biri müğənniyə В«Həmən kürdəmВ» mahnısını sifariş edir və müğənni də sifarişə uyğun olaraq mahnını oxuyur. Bu isə toy sahiblərinin xoşuna gəlmir və bəy qarışıq, oğlan evinin az qala bütün qohum-əqrəbaları mahnının dərhal kəsilməsini tələb edirlər və sonradan arada yaranan mübahisə nəticəsində həm müğənnini və həm də mahnını sifariş edəni möhkəmcə döyürlərВ». Mənbəmiz onu da idda edir ki, bundan sonra toy yarımçıq kəsilsə də, şadlıq evinin rəhbərliyinin operativliyi nəticəsində başqa bir müğənni ilə məclis öz axarında davam edir. Bildrək ki, döyülən müğənni və hadisə ilə bağlı digər məlumatlar redaksiyamıza məlum olsa da, mənbəmiz əlavə bilgilərin açıqlanmasını arzulamayıb. Geri qayıt |