Əsas Səhifə > Güney Press / Manşet > NAZİR ÜRƏYİNDƏN ƏMƏLİYYAT OLUNACAQ

NAZİR ÜRƏYİNDƏN ƏMƏLİYYAT OLUNACAQ


29-06-2012, 15:43
NAZİR ÜRƏYİNDƏN ƏMƏLİYYAT OLUNACAQ

YAVƏR CAMALOVUN SƏHHƏTİNDƏKİ PROBLEMLƏR CİDDİLƏŞİB

DİA.AZ: - Bir müddət əvvəl səhhətində problemlərinin olması barədə məlumatı yayılan Müdafiə Sənayesi Naziri Yavər Camalovla bağlı redaksiyamıza ilginc faktlar daxil olub. Xatırladaq ki, həmin ərəfədə nazirimizin İsrailə məxsus klinikaların birində müayinədən keçməsi barədə xəbər verilmişdi, amma nədənsə MSN tərəfindən bu informasiyalar israrla təkzib olundu.

DİA.AZ-ı bu barədə məlumatlandıran Nazirlər Kabinetindəki bilgili qaynaq isə iddia edir ki, Yavər Camalov yaxın günlərdə ürəyindən əməliyyat olunacaq: В«Vəziyyəti çox ciddidir. Həkimləri dəfələrlə təcili əməliyyat xəbərdarlığı etsə də, nazir yalnız müalicə olunmaqla kifayətlənib. İndi isə işə yaxınları qarışıb. Nazirin Şirvan rayonuna rəhbərlik edən qardaşı Mərdan Camalov keçən həftə israrla naziri əməliyyata razı sala bilib və artıq hazırlıq işləri gedirВ».

Onu da xatırladaq ki, bu günlərdə Yavər Camalovun adı daha bir qalmaqallı olayda hallanmışdı. Belə ki, onun oğlunun Bakı Dövlət Universitetinin professorlarından birini döyməsi bildirilirdi və qeyd olunurdu ki, buna səbəb həmin universitet müəlliminin nazir oğlunun nişanlısına ağır söz deməsi olub.

Geri qayıt