Əsas Səhifə > Güney Press / Manşet > QƏRBİ AZƏRBAYCANLILAR İMZA TOPLAYIR
QƏRBİ AZƏRBAYCANLILAR İMZA TOPLAYIR25-06-2012, 16:22 |
![]() ƏLİ İNSANOVUN AZADLIĞA BURAXILMASI ÜÇÜN İMZA TOPLANILIR DİA.AZ: - Son günlər hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı bir hərəkətlənmə baş qaldırıb. Xatırladaq ki, bir neçə gün əvvəl ölkənin tanınmış simaları adından Avropa İnsan Haqqları Məhkəməsinin rəhbərliyinə Əli İnsanovun azadlığa buraxılması üçün mümkün tədbirlərin görülməsinə dəstək olmaları istiqamətində müraciət ünvanlanmışdı. Onu da bildirək ki, səhhətində problemləri olan (Əli İnsanov bel fıtığından əziyyət çəkir -red.) keçmiş səhiyyə naziri ilə bağlı məsələnin beynəlxalq qurumlar tərəfindən rəsmi Bakının qarşısında bir tələb şəklində qoyulması barədə xəbərlər yayılıb. Bu barədə diplomatik mənbələrdən DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, artıq AİHM-dən Azərbaycan hakimiyyətinə Əli İnsanovla bağlı sorğu da göndərilib ki, həmin sorğunun mətnində rəsmi Bakıdan keçmiş nazirin həm sağlıq durumu və həm də onunla bağlı hüquqi prosedurla ələqaədar hesabat istənilib. Bu arada redaksiyamıza bir başqa istiqamətdən daxil olan məlumatda isə bildirilir ki, əsasən paytaxt Bakıda məskunlaşan Qərbi Azərbaycanlılar arasında Əli İnsanovun azadlığa buraxılması üçün imzatoplama kampaniyası həyata keçirilməkdədir. Həmin kampaniya çərçivəsində imzasını atmış Bakı sakinlərindən birinin sözlərinə görə, imzaladığı blankın yuxarısında da qeyd olunubmuş ki, imzalayan şəxslər Azərbaycan Respublikasının prezidentindən Əli İnsanovun azadlığa buraxılması üçün göstəriş verməsini istəyirlər. Geri qayıt |