Əsas Səhifə > Güney Press / Manşet > SURAXANININ İCRA BAŞÇISI DA VƏZİFƏSİNİ İTİRİR
SURAXANININ İCRA BAŞÇISI DA VƏZİFƏSİNİ İTİRİR23-06-2012, 16:20 |
![]() İLQAR ABBASOVUN YERİNƏ FHN ŞEFİNİN ADAMI GƏTİRİLƏCƏK DİA.AZ: - Daha bir icra başçısı yola salına bilər. Bu barədə məlumatı Nazirlər Kabinetindəki bilgili qaynaqlar DİA.AZ-a elə bu dəqiqələrdə ötürüblər. Məlumatlara görə, gələn həftə bir neçə rayonunun icra başçısı ilə bağlı sərəncamın verilməsi gözlənilir ki, indidən yalnız onlardan biri ilə bağlı məsələ dəqiqdir. Söhbət Suraxanı rayonuna rəhbərlik edən İlqar Abbasovdan gedir. Mötəbər mənbənin iddiasına görə, 2006-cı ildən bu postu tutan İlqar Abbasov gələn həftə vəzifəsindən alınacaq. Onun yerinə isə hazırda iqtisadi inkişaf nazirliyində vəzifə tutan bir şəxsin təyin edilməsi nəzərdə tutulub. Hələlik həmin şəxsin kimliyi barədə dolğun məlumatlar almadığımızdan mənbəmiz yalnız bunları bildirdi ki, yeni təyin olunacaq icra başçısının fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın əxs olması söylənilir. Bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə təyin edilən Abbasov İlqar Namaz oğlu bundan əvvəl İ.N.Abbasov Nərimanov RİH-in başçısı vəzifəsində çalışıb. İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə "Sənaye və mülki tikinti" ixtisası üzrə, Bakı Sosial İdarə etmə və Politologiya institutunu isə 1993-cü ildə "politoloq" ixtisası üzrə bitirib. Geri qayıt |