Əsas Səhifə > Güney Press / Manşet > DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ ŞOK KORRUPSİYA

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ ŞOK KORRUPSİYA


22-06-2012, 17:59
DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ ŞOK KORRUPSİYA

İL ƏRZİNDƏ ƏN AZINDAN 2-3 MİLYARD MANAT PUL OĞURLANIR

DİA.AZ: - Bu ilin yanvar-mayında Azərbaycana işlənmiş avtomobillərin idxalı 71% artıb. Ekspertlər hesab edir ki, bu temp bu il iyulun 1-dən Azərbaycan ərazisinə gətirilən avtonəqliyyat vasitələrinə ekoloji standartların qüvvəyə minməsindən sonra da azalmayacaq.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 5 ayında ölkəyə 15 230 işlənmiş minik avtomobili gətirilib. Maraqlıdır ki, qiymət ifadəsində onların idxalı 38.2% artıb.

Yanvar-mayda fiziki şəxslərin idxal etdiyi avtomobillərin ümumi bəyannamə qiyməti $115,4 mln olub. Bir minik avtomobili gömrükdə orta hesabla $7576-a sənədləşib, bir il əvvəl bu göstərici $9400 idi.

Qeyd edək ki, Azərbaycanda işlənmiş avtomobillərin idxalı və sənıədləşməsi üçün “vahid pəncərə” prinsipi tətbiq edilir.

Hər halda, burada real korrupsiya faktı nəzərə çarpacaq dərəcədə hiss olunur. Gömrük orqanlarındakı mənbələrdən DİA.AZ-a ötürülən məlumatlardan aydın olur ki, əslində işlənmiş avtomobillərin 71 faizlik artımının qiymət ifadəsində 38,2 faizə düşürülməsi real korrupsiya faktıdır. Orta hesabla, elə gömrük orqanlarının rəsmi açıqlamasında qeyd olunan kimi bir minik avtomobilinin 7576 ABŞ dollarına sənədləşdiyini götürəndə çoc ciddi vəsaitin dövlətdən gizlədildiyinə şahidlik edərik.

Onu da diqqətinizə çatdıraq ki, ümumiyyətlə, bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 454 mln manat köçürüb. Bu, 2011-ci ilin eyni dövründəkindən 2,7% çoxdur. Halbuki real köçürmələrin olacağı təqdirdə bu rəqəmlərin ən azından 3 dəfəyə qalxması mümkündür. Mənbəmiz iddia edir ki, əslində büdcəyə köçürülən vəsaitin ən azından iki dəfəsi qədərində məbləğ şəxsi ciblərə axır. Bu isə 1 milyard manatdan da artıq pul deməkdir.

DGK-nın məlumatına görə, gömrük yığımı strukturu xeyli dəyişib. Əgər 2011-ci ilin yanvar-mayında gömrük rüsumu həcmi 90,7 mln, ƏDV 325,2 mln manat idisə, bu il bu göstəricilər 139,5 mln və 283,9 mln manatdır.

Bu il DGK xətti ilə dövlət büdcəsinə 1,2 mlrd manat təmin etmək nəzərdə tutulur. Qeyd edək ki, əslində bu rəqəm reallığı ehtiva edərsə, o zaman 4-5 milyard manat civarında olmalıdır. Yəni buradan da aydın olur ki, il ərzində gömrük orqanları hesabına ən azından 2-3 milyard pul mənimsənilir.

Bildirək ki, Azərbaycan gömrüyündə korrupsiya səviyyəsi çox yüksəkdir. Bunu o da sübut edir ki, xidmətin əməkdaşları maaşdan başqa zərflərdə В«əlavəВ» alırlar. Hər halda, zərflərdə alınan pulların hansı maliyyə qaynaqları hesabına əldə olunduğunu təxmin etmək o qədər də çətin deyil.

Onu da nəzərinizə çatdıraq ki, hələ də gömrük orqanlarına sabiq Dövlət Gömrük Komitəsinin sədri, indiki fövqəladə hallar naziri Kəmaləddin Heydərov nəzarət etməkdədir. Bu isə o deməkdir ki, il ərzində gömrüyün əli ilə oğurlanan milyardların kifayət qədər böyük hissəsi məhz Kəmaləddin Heydərovun cibinə axır.

Geri qayıt