Əsas Səhifə > Güney Press / Manşet > NEFT ŞİRKƏTİ ANTİMİLLİLİKDƏ İTTİHAM OLUNDU
NEFT ŞİRKƏTİ ANTİMİLLİLİKDƏ İTTİHAM OLUNDU22-06-2012, 17:11 |
![]() RÖVNƏQ ABDULLAYEV NƏDƏN KƏNARDA PATNYOR AXTARIŞINA ÇIXIB? DİA.AZ - - Verilən xəbərlərdə qeyd olunur ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı yaxınlığında tikiləcək yeni neft-kimya kompleksi layihəsi üçün maliyyə məsləhətçiləri cəlb etmək üçün işlərə başlayıb. Bu barədə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov mətbuata açıqlama verib. Onun sözlərinə görə, bir neçə gün əvvəl ARDNŞ bununla bağlı Avropanın əsas banklarına müraciət edib və onlarla Londonda görüş təşkil edib: В«Görüş zamanı banklar öz tender təkliflərini təqdim edib. Bura В«BNP-ParibasВ», В«Societe GeneraleВ», В«RBSВ», В«UnicreditВ», eləcə də Rusiyanın VTB bankının iştirakı ilə alyans aiddir. ARDNŞ tender zərfini açıb və indi bu təkliflər qiymətləndirilir. Bankların verdiyi təkliflər genişdir və onlar diqqətlə öyrənilməlidirВ». Onu da bildirək ki, bununla bağlı artıq bir sıra etirazlar da yaranıb. Bu barədə DİA.AZ-a açıqlama verən Azərbaycan Banklar Assosasiyasının nümayəndələrindən birinin sözlərinə görə, ARDNŞ-nin Bakı yaxınlığında tikiləcək yeni neft-kimya kompleksi layihəsi üçün maliyyə məsləhətçilərini Azərbaycandan kənarda araması heç də anlaşılan deyil. Adının çəkilməsini istəməyən həmsöhbətimizin bildirdiyinə görə, hazırda Azərbaycanda sözügedin işin spesifikasına bələd oluna kifayət qədər mütəxəssis olsa da, nədənsə Dövlət Neft Şirkəti özünə Avropada partnyor seçməkdədir: В«Elə yerli banklarımızın mütəxəssis ehtiyatları hesabına bu işi həyata keçirmək olardı. Görünür, burada ənənəvi şəkildə müşahidə olunan prinsipə sədaqət elementlərini axtarmalı olacağıq. Məsələ ondan ibarətdir ki, bizdə hər zaman öz işçilərimizə güvənc olmayıb və pulu başqalarına yedirtməyə alışmışıq. Rövnəq Abdullayev də eyni prizmadan çıxış edirВ». Həmsöhbətimiz onu da əlavə etdi ki, ARDNŞ rəhbərliyi ilkin ərəfədə yerli bank sektoru ilə əməkdaşlıqda maraqlı olsa da, sonradan nədənsə bu plandan vaz keçilib. Geri qayıt |