Əsas Səhifə > Güney Press / Manşet > DİA.AZ RƏHBƏRLİYİNDƏN İRAN AÇIQLAMASI
DİA.AZ RƏHBƏRLİYİNDƏN İRAN AÇIQLAMASI22-06-2012, 16:51 |
![]() FARS-MOLLA REJİMİNİN HAKERLƏRİ BİZƏ HEÇ NƏ EDƏ BİLMƏZ DİA.AZ: - Məlumunuz olduğu kimi, dünən gün boyu В«DünyaВ» İnformasiya Agentliyinin internet ünvanı - DİA.AZ fəaliyyətini davam etdirə bilməyib. Bununla bağlı xüsusi açıqlama ilə çıxış edən DİA.AZ redaksiyası bildirir ki, portalımıza qarşı davamlı olaraq İrana aid müxtəlif istiqamətlərdən hücumlar edilməkdədir. Xüsusi açıqlamada davam etdirilir: В«Biz hər zaman dövlətimizin və millətimizin, həmçinin dövlətimizin rəhbərliyinin ünvanına İran tərəfindən edilən bütün hörmətsizliklərə layiqli cavablar vermişik. Və bildiririk ki, bundan sonra da belə olacaq. Odur ki, DİA.AZ-ın internet ünvanının dağıdılması, fəaliyyətinin müvəqqəti olaraq əngəllənməsi bizim üçün heç bir əhəmiyyət daşımır. Bizim üçün əhəmiyyətli olanı dövlətimizin və millətimizin maraqlarıdır. Və bu yoldan biz heç bir zaman çəkilməyəcəyikВ». Redaksiyanın məlumatında o da bildirilir ki, bundan sonra da bu cür hücumları gözləyirlər: В«Saytımıza bu cür hücumları hər zaman edə bilərlər. Amma bizim bir qələbəmiz var ki, DİA.AZ olaraq böyük pullar hesabına maliyyələşən İranın xüsusi xidmət orqanlarının nəzarətində olan internet media şəbəkəsini bizlər darmadağın etməyə müvəffəq olduq. Belə olan halda bir saytın dağıdılmasından Azərbaycan heç nə itirməyəcəkВ». Yeganə narahatçılıqlarının oxucularla bağlı olduğunu bildirən redaksiya əlavə edir: В«Fars-molla rejiminin hakerləri bizə heç nə edə bilməz. Fəaliyyətimiz yalnız bir-iki günlük əngəllənə bilər. Odur ki, biz yalnız narahatçılığa görə oxucularımızdan üzr istəyirik və bildiririk ki, bu cür hallarda dəyərli oxucularımız bizi anlaqlı qəbul etməlidir. Yəni bunu umuruqВ». Geri qayıt |