Əsas Səhifə > Güney Press / Manşet > HEYDƏR BABAYEVƏ NÜFUZLU İŞ TƏKLİFİ GƏLDİ

HEYDƏR BABAYEVƏ NÜFUZLU İŞ TƏKLİFİ GƏLDİ


22-06-2012, 15:53
HEYDƏR BABAYEVƏ NÜFUZLU İŞ TƏKLİFİ GƏLDİ

KEÇMİŞ NAZİRİMİZ YENƏ DƏ RUSİYAYA DÖNƏ BİLƏR: YÜKSƏK MAAŞLI İŞƏ

DİA.AZ: - Bir müddət əvvəl Bakıda olduğunu və hakimiyyətdən heç bir vəzifə gözləmədiyini açıq şəkildə bəyan edən keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə Rusiyadan təklif gəlib. Bu barədə DİA.AZ-a məlumat verən Moskvadakı qaynaqlarımızın sözlərinə görə, keçmiş nazir dünyaca məşhur daşınmaz əmlak firması hesab olunan В«Cushman & WakefieldВ» şirkətinin Rusiya bürosuna rəhbər gətirilə bilər.

Xatırladaq ki, Azərbaycanda ilk əvvəl Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə, sonradan isə iqtisadi inkişaf nazirliyinə rəhbər təyin edilən Heydər Babayev üçün Rusiyanın biznes mühiti heç də yad deyil və o, Azərbaycana məhz Rusiyanın biznes mühitindən transfer olunub.

Mənbəmiz bildirir ki, indi isə keçmiş nazirimiz yenidən Rusiyaya dönə bilər. Və artıq ona dünyaca məhşur В«Cushman & WakefieldВ» tərəfindən çox ciddi təklif gəlib və əgər razılaşarsa, Heydər Babayev daşınmaz əmlak biznesi ilə məşğul olan В«Cushman & WakefieldВ»in Rusiya bürosunun rəhbəri olacaq. Qeyri rəsmi rəqəmlərə görə, sözügedən daşınmaz əmlak firmasının Rusiyadakı nümayəndəsinin bir aylıq gəliri təxminən 40-50 min ABŞ dolları həcmində olur ki, bu məbləğin də 30 min ABŞ dolları sırf olaraq faizsiz maaş kimi nəzərdə tutulur.

Onu da qeyd edək ki, dünyanın 60-dan çox ölkəsində 130 ofisi olan В«Cushman & WakefieldВ» şirkətinin təməli 1917-ci ildə atılıb və bu şirkət əsasən imkanlı adamlara xidmət göstərir. Dünyanın məşhur milyonçuları, sənət adamları və digər tanınmışlar da bu şirkətin xidmətlərindən istifadə edir.

Şirkət barədə apardığımız araşdırmalarımız zamanı öyrənə bildik ki, В«Cushman & WakefieldВ»in müştəriləri arasında xeyli sayda azərbaycanlılar da var. Məsələn, ayrı-ayrı vaxtlarda bu şirkətin xidmətlərindən В«ASTВ» Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun, В«PalmaliВ» Holdinqin rəhbəri Mübariz Mənsimlinin (Qurbanoğlu), В«İnterseverВ» Şirkətlər Qrupunun prezidenti Füzuli Məmmədovun (Frenk Elkapone) və digərlərinin В«Cushman & WakefieldВ»in araçılığı ilə mülk sahibi olduqları məlum olur.

Geri qayıt