Əsas Səhifə > Güney Press / Manşet > FƏRHAD ƏLİYEV MÜTLƏQ AZAD OLUNMALIDIR
FƏRHAD ƏLİYEV MÜTLƏQ AZAD OLUNMALIDIR20-06-2012, 17:42 |
![]() ƏDLİYYƏ NAZİRLİYİNƏ KEÇMİŞ NAZİRİN XƏSTƏ OLMASI NİYƏ SƏRF ETMİR? DİA.AZ: - “Fərhad Əliyevin səhhətində heç bir ciddi problemi yoxdur”. Məlum olduğu kimi, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin səhhətində problemlər yaranması barədə onun hüquqlarını Müdafiə Komitəsinin sədri Cəmil Həsənlinin mətbuata verdiyi açıqlamaya münasibət bildirərkən deyib. Mehman Sadıqov, Fərhad Əliyevin səhhətində hər hansı bir problemin olması haqda həkimə, eləcə də müəssisə rəhbərliyinə müraciət etmədiyini vurğulayıb: “Fərhad Əliyev mətbuatda açıqlanan xəbərlə bağlı araşdırma aparılanda bu məlumatların haradan qaynaqlandığını özü də bilmədiyini deyib”. Onu da qeyd edək ki, Fərhad Əliyevin sağlıq durumunun qaydasında olmaması və onun həbsxana şəraitində qalmasının imkansız olması barədə məlumatı biz yaymışdıq və bununla əlaqədar DİA.AZ-a yeni məlumatlar daxil olub. Fərhad Əliyevin yaxınlarından əldə etdiyimiz informasiyaya görə, pentinesiar xidmət yenə də ənənəvi qaydada həqiqətləri gizlətməklə məşğuldur. Mənbəmizin Fərhad Əliyevlə bağlı yeni söylədikləri: Məlumdur ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev 2005-ci ildə həbs edilsə də, 2007-ci ildə məhkəmə qərarı verilib və əvvəlki 2 il nəzərə alınmayıb. Avropa Məhkəməsi 2010-cu ildə bu qanunsuz həbslə bağlı qərar verib, lakin indiyədək icra olunmayıbВ». Mənbə bildirir ki, sabiq nazirin yenə də əsas şikayəti müayinə ilə bağlıdır: В«Fərhad Əliyev həbsindən əvvəl Almaniyada müayinə olunub. O zaman bəlli olub ki, ürəyində işemiya və sol mədəciyində şişmə var. Bundan başqa, xroniki qan təzyiqi xəstəliyi var. Müayinə olunmaq istəyir. Baş Tibb İdarəsində müayinə edirlər. Deyir ki, orada kardioloq yoxdur. Ona görə də istəyir ki, xəstəxanalardan birində müayinə olunsun. Məlumdur ki, Ədliyyə Nazirliyinin xəstəliklərlə bağlı siyahısı var. Həmin siyahıda göstərilən xəstəliklərin daşıyıcıları cəzadan azad olunurlar. Fərhad Əliyevin də xəstəliyi bu siyahıya uyğundur. Lakin onu nəzərə alan yoxdur. Bununla bağlı müvafiq quruma müraciət edilsə də, bunu nəzərə alan yoxdur”. Və bu açıqlamalardan da aydın olur ki, nədən penitensiar xidmət Fərhad Əliyevin В«turp kimi olmasıВ» barədə rəylər yaratmağa çalışır və onun xəstələnməsi barədə xəbərlərin qarşısını ciddi-cəhdlə almaqdadır. Çünki xəstə olduğu sübuta yetirlərsə, o zaman Fərhad Əliyev mütləq azad olunmalıdır. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |