Əsas Səhifə > Güney Press / Manşet > FARS-MOLLA REJİMİ YENİDƏN QAŞINIR
FARS-MOLLA REJİMİ YENİDƏN QAŞINIR20-06-2012, 17:23 |
![]() İRANA AİD PORTALLARDA ANTİAZƏRBAYCAN RUHLU MATERİALLAR ARTIB DİA.AZ: - İranın xüsusi xidmət orqanlarının nəzarətində olan antiAzərbaycan ruhlu fars-molla mətbuatı neçə müddətdən bəri davam edən susqunluğu pozmaqdadır. Bildirək ki, Quzey Azərbaycanda iranlı ayətullahların kollajlarının fars-molla rejiminin Bakıdakı nümayəndəliyi qarşısındakı aksiyada qaldırılması rəsmi Tehranda qıcıq yaratmışdı və bundan sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov İrandan gələn təxribatçı təbliğatın qarşılığı olaraq В«sizin özünüz də, dininiz də saxtadırВ» cavabını verdi ki, sonrakı müddət boyunca bir mətbu atəşkəs dövrünə qədəm qoyuldu. Amma neçə gündür ki, molla saytları qaşınmaqdadır. Məsələn, 3 gün əvvəl В«arannyusВ» portalında Azərbaycan mediasına yönəlik hədələyici ifadələr yer almışdı və bildirilirdi ki, onlar o zamana qədər susacaqlar ki, Azərbaycan qəzetlərində İran əleyhinə material olmasın. Amma bu hədə ilə yanaşı, yenə də В«gey-paradВ» məsələsi ilə üzərimizə gələn molla mirzələri əslində içlərindəki ənənəvi xıltı təkrarən ortaya qoymuş oldular. Dünən isə İranın söyüşcüllüyü ilə seçilən В«abna.irВ» kimi portalında da Azərbaycan dövləti təhdid olunmaqdadır. DİA.AZ bildirir ki, sözügedən portalda yer alan materialın birində bu kimi şüarlar səsləndirilib: В«Məhəmməd Ordusu Onların Üzərinə GələcəkВ», В«Bu hökuməti nə AXCP, nə də Müsavat yıxmayacaq, hicaba qoyduğu qadağa dağıdacaqВ». Hər halda, bu kimi materialları fars-molla rejiminin mətbu atəşkəsi pozması kimi də qəbul etmək olar. Geri qayıt |