Əsas Səhifə > Güney Press / Manşet > KEÇMİŞ POLİS MAYORUNUN İŞİ DÜYÜNDƏ

KEÇMİŞ POLİS MAYORUNUN İŞİ DÜYÜNDƏ


20-06-2012, 15:55
KEÇMİŞ POLİS MAYORUNUN İŞİ DÜYÜNDƏ

“İŞ YUXARIDAN SİFARIŞ EDİLİB VƏ HEÇ KİM ONA KÖMƏK EDƏ BİLMƏZ”

DİA.AZ: - Bakı Apellyasiya Məhkəməsi indiyədək narkotik maddələrin satışında ittiham olunaraq mühakimə edilən keçmiş polis mayoru Rafael Mirzəyevin şikayətinə baxır. Çərşənbə günü mətbuat konfransında hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib ki, Apellyasiya Məhkəməsi şahidlərin çağırılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib, cinayət törədilən ərazidə izləmə kamerası ilə bağlı vəziyyətə aydınlıq gətirməyib və s.

DİA.AAZ-ın məlumatına görə, hüquq müdafiəçisi bildirib ki, məhkəmə qərəzli keçir, beş məhkəmə iclasında yeni, diqqətəlayiq heç nə baş verməyib. Növbəti məhkəmə iclası iyunun 22-nə təyin edilib.

Ə.Məmməov qeyd edib ki, əgər Apellyasiya Məhkəməsi əvvəlki cəzanı qüvvədə saxlasa, müdafiə tərəfi Ali Məhkəməyə mürajiət etmək niyyətindədir. Əgər bu ali məhkəmə instansiyası da həmin qərarı qəbul etsə, onlar Avropa Məhkəməsinə müraciət edəcəklər.

Bu il martın 19-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə R.Mirzəyevi CM-in 234.4.1 və 234.4.3 maddələri ilə (narkotik maddənin qanunsuz saxlanması, daşınması və satışı) mühakimə edib.

Ə.Məmmədov işi sifarişli hesab edərək bildirib ki, keçmiş polis mayorunu DİN rəhbərliyi “ilişdirib”. Məhkumun həyat yoldaşı Təranə Mirzəyeva bildirib ki, Bakı prokurorluğunun müstəntiqi Fərid Nağıyev ona deyib ki, iş “yuxarıdan sifariş edilib və heç kim ona kömək edə bilməz”.

İşin mahiyyəti ondan ibarətdir ki, R.Mirzəyevin Nəsimi rayon polisinin rəhbərliyi ilə münaqişəsi olub və onu Qazaxa aşağı vəzifəyə göndəriblər. Oradan nazirə 60 məktub yazaraq paytaxta ailəsinin yanına qaytarılmasını xahiş edib. Cavab almayan R.Mirzəyev kömək üçün Ermənistanın daxili işlər nazirinə müraciət edəcəyi ilə hədələyib.

Ə.Məmmədov hesab edir ki, DİN rəhbərliyi R.Mirzəyevi cəzalandırmaq və mühakimə etmək məqsədilə əməliyyat hazırlayaraq həyata keçirib. Hazırda R.Mirzəyev Kürdəxanıda istintaq təcridxanasında saxlanılır.


Geri qayıt