Əsas Səhifə > Güney Press / Manşet > BAKIDAKI 30 MİN ERMƏNİ DƏRHAL ÇIXARILSIN
BAKIDAKI 30 MİN ERMƏNİ DƏRHAL ÇIXARILSIN20-06-2012, 14:55 |
![]() QƏRBİ AZƏRBAYCANLILARIN ETİRAZLARI DAVAM EDİR DİA.AZ: - Hüquqi və Demorkatik İslahatlar Mərkəzinin sədri İlham Əliyevin çıxışına etirazlar davam etməkdədir. Bir daha xatırladırıq ki, dünən HDİM sədri Qərbi Azərbaycan bölgəsindən olan soydaşlarımıın Bakıdan köçürülməsini təklif etmişdi. “Urbanizasiyası səbəbi ilə Bakı şəhəri həddə artıq yüklənib. Paytaxtda nəqliyyatından hərəkət çətinləşib, ölkə əhalisi əsasən burda cəmləşib. Ya paytaxt dəyişdirilməli, ya da miqrasiya dayandırılmalıdır” - deyən İlham Əliyev nədənsə hədəf kimi Qərbi Azərbaycan bölgəsindən olanları seçib ki, bu da həmin bölgə mənsubları tərəfindən qəzəblə qarşılanıb. Və bu gün səhər saatlarından etibarən redaksiyamıza davamlı olaraq etirazlar daxil olmaqdadır. Azə öncə bir qrup Qərbi Azərbaycan bölgəsi mənsublu soydaşımızın imzası ilə DİA.AZ-a İlham Əliyevin cəzalandırılmasını tələb edən bir etiraz məktubu daxil olub. Etiraz məktubunun müəllifləri bildirirlər ki, HDİM sədrinin milli kimliyi, onun soy kökü dövlətin xüsusi xidmət orqanları tərəfindən araşdırılmalı və bu barədə ictimaiyyətə məlumat verilməlidir: В«Çünki onun təklifi birbaşa olaraq Ermənistanın, Rusiyanın və Azərbaycana düşmən olan digər dövlətlərin marağına xidmət edirВ». Daha sonra şikayət müəllifləri təkliflə də çıxış edirlər: В«Əgər Bakıdan kimsə çıxarılmalıdırsa, belə bir addımın atılması vacibdirsə, o zaman bu gün Bakıda 30 min erməni yaşayır. İlk əvvəl onları çıxarmaq lazımdır. Onların arxasında dayananları, onları himayə edənləri çıxarmaq lazımdır. Onda Bakı daha da gözəlləşərВ». Geri qayıt |