Əsas Səhifə > Güney Press / Manşet > AĞSTAFADA POLİS ÖZBAŞINALIĞI TÜĞYAN EDİR
AĞSTAFADA POLİS ÖZBAŞINALIĞI TÜĞYAN EDİR11-06-2012, 15:37 |
![]() RÜŞVƏTLƏ YAXALANMIŞ DYP İŞÇİSİ NECƏ OLUR Kİ, İŞİNDƏ SAXLANILIR? DİA.AZ: - Ağstafada tam olaraq dərəbəylikdir. Bu barədə DİA.AZ-ın elektron ünvanına daxil olan bir vətəndaş məktubunda deyilir. Məktubu təqdim edirik: “Əsas etibarı ilə bu ifadələr Ağstafa rayon Dövlət Yol Polis İdarəsinin rəisi Hidayət Kərimov, mərkəzi bazarın müdiri Elmar Kərimov və sahibkarlıqla məşğul olmaqla alıcılıları un və un məmulatı məhsullarında yaxşıca aldadan Elşən Kərimova daha çox aiddir. Burada polis idarəsinin rəisi Hidayət Kərimovun istər Ağstafa rayon sürücülərini, istərsə də Ağstafaya daxil olan qonaqları pul ala bilməsi üçün incitməsi demək olar ki, ön plana çəkilir. Bu gün əhalinin iqtisadi çətinlik şəraitində yaşadığı bir halda sürücülərdən H.Kərimovun vasitəsilə daha çox rüşvət tələb edilir. Qeyd edək ki, Ağstafa rayon sürücülərinin 70%-i texniki baxışdan keçmədiyi halda, idarə rəisini bu vəziyyət maraqlandırmır. Çünki, bunun əksəriyyəti H.Kərimovun dostu-tanışı, ona xeyir verən insanlardır. Qalan 30%-i isə kasıb təbəqə olduğundan onlar H.Kərimova heç bir fayda vermir, nəticədə maddi vəsait içində boğulanlar texniki baxışa müvəqqəti olaraq gücü çatmadığı üçün H.Kərimov tərəfindən təqib və təziqlərə məruz qalırlar. Bundan əlavə, H.Kərimovu bir idarə rəisi kimi yox, ailə-məişət məsələlərində də tez-tez adının hallanmasını da eşidirik. Öz işini layiqincə yerinə yetirib–yetirməməsi haqqında məsələ ilə maraqlanmaq üçün biz Hidayət Kərimovun tabeçiliyində “sadiq” avtomobil müfətişşlərinin işini necə yerinə yetirməsi haqqında reydə çıxdıq. 10 iyun saat 12:15 radələrində Ağstafa rayon İcra Hakimiyyətinə 300 metr məsafə qalmış, mərkəzi bazara dönəcək yerdə hərəkət edən sürücüləri yoxlamaqla məşğul olan rayon Dövlət Yol Polis işçisinin əməkdaşları polis kapitanı Ənvər Sadıqov (hansı ki, Ə.Sadıqov 5-6 ay bundan qabaq rüşvətxorluqla əlaqədar yaxalanmış, üstəlik töhmət də almışdır.Öz dediyinə görə, külli miqdarda pul verərək işdən xaric olmaq və ya həbs edilmək məqamında birtəhər canını qurtarmışdır. Bu da rayon ictimaiyyətinə təəccüblüdür.), baş çavuş Camal Əskərov və cavuş Sənan İskəndərovun apardığı nəzarət yoxlamasına diqqət yetirdik. Təsadüfən nəzarətində olan avtomobil müfəttişlərinin işini “necə yerinə yetirib-yetirməməsi” məqsədilə idarə rəisi H.Kərimov da gəlib çıxdı. Avtoşluqla məşğul olanlara H.Kərimov doğurdan da “gözün üstündə qaşın var” demirdi. O, yalnız imkansızları, fəqir-füqəraları saxlayıb nəğd cibinə ödəməklə cərmələr edir, hər şeyi də Baş Dövlət Yol Polisinin rəisi cənab Zeynalovun adı ilə bağlayırdı. Üstəlik H.Kərimovun təzyiqinə narazı qalanları o, təhqir də edirdi. Qəribədir, ancaq buna bir sıra savadı olmayan sürüclər inana bilərdi. Burada cənab Zeynaolvun imicinə xələl gətirməkdə görəsən H.Kərimovun nə məqsədi vardır? Tez- tez də sürücülərə “5-6 gündən sonra məzuniyyətə gedirəm, mənə kömək edin” deyirdi. Bəli, bu da Ağstafa Rayon Dövlət Yol Polisi İdarəsinin rəisi üzdən nurani görünsə də, daxilində böyük qarışıqlıqlar yatan Hidayət Kərimovun mətləb və məqsədi idi. Sirr deyil ki, polis işçilərinin heç bir kommersiya ilə məşğul olmasına imkan verilmədiyi halda H.Kərimov ətrafının bunun gördüyü işləri gizlətdiyi üçün özü bir nömrəli kommersantdır”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |