Əsas Səhifə > Güney Press / Manşet > В«ODLAR YURDUВ» BARƏDƏ В«SİYASİ FƏTVAВ» VERİLDİ
В«ODLAR YURDUВ» BARƏDƏ В«SİYASİ FƏTVAВ» VERİLDİ11-06-2012, 15:21 |
![]() DEPUTATIN UNİVERSİTETİNİ ABU-NUN AQİBƏTİ GÖZLƏYİR DİA.AZ: - Neçə müddətdir ki, adı müxtəlif qalmaqallarda və rüşvətxorluq faktlarında hallandırılan В«Odlar YurduВ» Universiteti bağlana bilər. Bu barədə məlumatı redaksiyamışa Təhsil nazirliyindəki etibarlı mənbələr ötürüb. Mənbənin DİA.AZ-a bildirdiyinə görə, artıq В«yuxarılarВ»dan В«Odlar YurduВ» ilə bağlı araşdırmaların aparılması üçün nazrliyə müvafiq göstəriş verilib. Göstərişdə aşkar surətdə bildirilir ki, universitetin fəaliyyəti araşdırılsın və qeyri-qanuni tələbə qəbulu ilə bağlı universitetin ünvanına söylənilən faktlar dəyərləndirilsin. Belə bir təlimatı əslində OYU-nun bağlanması üçün bir növ В«siyasi fətvaВ» olduğunu bildirən mənbə anoloji qaydada Azərbaycan Beynəlxalq Universitetinin bağlandığını da söylədi: В«ABU ilə bağlı da oxşar təlimat gəlmişdi. İndi isə hörmətli deputatımız Əhməd Vəliyevin universitetinin bağlanma zamanı yetişib. Ola bilsin ki, yaxın günlərdə təhsil nazirliyi adından OYU-nun lisenziyası ləğv edilsin. Bu ilki tələbə qəbulu prosesindən də bu universitetin adı birdəfəlik olaraq çıxarılacaq. Eynilə ABU ilə bağlı baş verənlərdə olduğu kimiВ». Mənbə onu da əlavə olaraq bildirdi ki, artıq bu barədə təhsil nazirliyinə əlavə faktlar da verilib ki, həmin faktlarla hərəkət edilsin: В«Təbii ki, bu məsələdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müstəsna müdaxiləsi var. Zaman-zaman Məleykə Abbaszadə qeyri-leqal tələbə qəbulu prosesinin önünü əngəlləməyə çalışıb. Bu addımlar da həmin prosesin davamıdır. Əslində burada əsas hədəf əhməd Vəliyev yox, təhsil naziri Misir Mərdanovdur. Çünki bu gün nazirin əlində yalnız iki unviersiteti qalıb ki, onların hesabına tələbə qəbulu zamanı manevrlər etməkdədir. Onlardan biri В«TəfəkkürВ» universitetidir, digəri isə В«Odlar YurduВ»durВ». Onu da xatırladaq ki, hər iki universitetlə bağlı bu günlərdə rəsmi mövqe də açıqlanmışdı. Verilən xəbərdə bildirilirdi ki, Azərbaycanda bəzi ali məktəblərdə magistraturaya qəbul dayandırılıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə şəxsən bildirib. Onun sözlərinə görə, magistraturaya qəbulu dayandırıl0an ali məktəblər içərisində həm ali, həm özəl ali məktəblər var: “Özəl ali məktəblərdən “Təfəkkür” Universiteti, Bakı Asiya Universiteti, Avrasiya Universiteti, Bakı Biznes Universiteti, Qızlar Universiteti, Azərbaycan Kooperasiya Universiteti, dövlət universitetlərindən isə Mingəçevir Politexnik Universiteti, Azərbaycan Müəllimlər İnstitutunda magistraturaya qəbul dayandırılıb. Bunun səbəbi bizə məlum deyil. Qəbul planı TQDK-ya hazır şəkildə daxil olub”. TQDK sədri deyib ki, bu il Azərbaycanda magistratura səviyyəsi üzrə ayrılmış plan yerlərinin ümumu sayı 5 faiz artaraq 6107 olub (ötən il 5815 yer). Dövlət sifarişi üzrə ayrılmış yerlərinin sayı ötən illə müqayisədə 14 faiz artıb. Belə ki, cari ildə magistraturaya dövlət sifarişi üzrə qəbul aparılacaq yerlərin sayı 2387-dir (ötən il 2095 yer). Onu da bildirək ki, adları çəkilən özəl ali təhsil ocaqlarının demək olar ki, hamısı təhsil naziri Misir Mərdanovun В«ehtiyat enmə zolağıВ» kimi istifadə etdiyi və hər qəbulda böyük pullara ümid etdiyi ünvanlar idi. Onların arasında В«TəfəkkürВ» universitetini isə xüsusi olaraq vurğulamaq olar. Hər halda, bu itki Misir Mərdanovun əl-qolunu bağlamaq qədərində bir hadisədir. İndi isə məlum olur ki, В«TəfəkkürВ» və В«Odlar YurduВ» universitetlərinə tələbə qəbulu prosesi də dayandırılır və eyni zamanda OYU-nun ümumiyyətlə fəaliyyətinin dayandırılması prosesinə start verilib. Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq. Bizi izləyin… Geri qayıt |