Əsas Səhifə > Güney Press / Manşet > NAZİR İCRA BAŞÇISINI BİTİRMƏK FİKRİNDƏDİR

NAZİR İCRA BAŞÇISINI BİTİRMƏK FİKRİNDƏDİR


9-06-2012, 14:32
NAZİR İCRA BAŞÇISINI BİTİRMƏK FİKRİNDƏDİR

TALEH QARAŞOV KƏMALƏDDİN HEYDƏROVU NİYƏ QƏZƏBLƏNDİRDİ?

DİA.AZ: - Daha bir icra başçısı erkən şəkildə yola salına bilər. Bu barədə DİA.AZ-ı Prezident Administrasiyasındakı mənbələr bilgiləndirib. Xatırladaq ki, buna qədər erkən yola salınan icra başçıları arasında rekord Şəkiyə rəhbərlik etmiş Murad Cabbarlıya məxsusdur. Belə ki, adı yerli sahibkarlardan birini ölüm həddinə çatdırmaqda ittiham olunan sabiq rayon rəhbəri cəmi 10 ay vəzifə başında qala bilmişdi.

İndi isə bu rekord təzələnə bilər. Gələn məlumatlardan da aydın olur ki, bir neçə gün əvvəl hakimiyyətin aparıcı fiqurlarından biri olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovu qəzəbləndirməyə В«müvəffəq olmuşВ» Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov vəzifəsindən azad oluna bilər.

Mənbəmiz bildirir ki, Taleh Qaraşovu nazirin hədəfinə çevirən olay may ayının sonlarına yaxın baş verib: В«Həmin ərəfədə Azərbaycan paytaxtında В«Avroviziya-2012В» yarışması keçirilirdi. Lənkəranın icra başçısı Taleh Qaraşov da Bakıda olub. Və paytaxtda təşkil olunan məclislərin birində Taleh Qaraşovdan xırda məmurlardan biri Kəmaləddin Heydərovun adından xahiş edib. Amma icra başçısı Xəzər dənizinin Lənkəran sahillərində 2 hektarlıq ərazinin istənilməsinin yer aldığı həmin xahişi qulaqardına vurubВ».

Mənbə idda edir ki, əslində Taleh Qaraşov inanmayıb ki, Kəmaləddin Heydərov öz sözünü məhz xırda bir şəxsin araçılığı ilə desin: В«Amma sonradan aydın olub ki, əslində FHN şefi Lənkəranda yeni bir istirahət güşəsinin yaradılması ideyasına malikdir və onun üçün Xəzər sahili ən uğurlu yerdir. Və bu işi həmin xahişi başçının qulağına pıçıldayan xırda adamının adı altında və əli ilə həyata keçirməyi planlaşdırıbmışВ».

Məlumatlara görə məsələ nazirin qulağına çatıb və Kəmaləddin Heydərov icra başçısına heç nə deməyib: В«Amma hamı bilir ki, FHN şefi sakit oturmayacaq. Elə Taleh Qaraşovun təlaşından da bunu sezmək olar və o da nazirin tədbir görəcəyindən duyuq düşübВ».

Bir başqa mənbələr isə bildirir ki, artıq Kəmaləddin Heydərov Taleh Qaraşovun yerinə kadr hazırlayır və bu da o deməkdir ki, bu ilin 14 fevral tarixində Neftçala rayonundan Lənkərana transfer olunan Taleh Qaraşov ən qısaömürlü karyeraya malik icra başçılarından biri kimi tarixə düşəcək.


Geri qayıt