Əsas Səhifə > Güney Press / Manşet > В«QAÇQINKOMВ» ŞEFİNDƏN BAHALI ALIŞ-VERİŞ

В«QAÇQINKOMВ» ŞEFİNDƏN BAHALI ALIŞ-VERİŞ


7-06-2012, 14:34
В«QAÇQINKOMВ» ŞEFİNDƏN BAHALI ALIŞ-VERİŞ

QAÇQIN PULLARINI YEYƏN ƏLİ HƏSƏNOV İSPANİYADA ÖZÜNƏ VİLLA ALIB

DİA.AZ: - Dəfələrlə ayrı-ayrı oliqarx-məmurların Azərbaycan qazandıqları, daha dəqiqi Azərbaycan xalqından taladıqları pulları xarici ölkələrə yatırmaları haqqında müxtəlif məlumatlar yayılıb. Bu dəfə də belə bir ilginc xəbəri redaksiyamıza btürüblər. Lakin əldə etdiyimiz bilgilərin dəqiqləşdirmə imkanlarının məhdudluğuna baxmayaraq, onu diqqətinizə çatdırmaq qərarını verdik. Və bəri başdan bildiririk ki, istənilən halda qarşı tərəfin mövqeyini öyrənməyə çalışacağıq.

Beləliklə, hökumət içindəki bilgili qaynaqlardan DİA.AZ-a daxil olan informasiyada vurğulanır ki, Məcburi Köçkün və Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu günlərdə İspaniyada villa alıb. Bu barədə adının çəkilməsinin istəməyən komitə əməkdaşlarından biri məlumatı redaksiyamıza bildirib. Onun dediyinə görə, İspaniyanın kurort şəhəri olan Deniyadakı villaya komitə sədrini 1 milyon 400 min yevro pulu çıxıb.

Denyia şəhərinin Marineta Casianan çimərliyinin 300 metrliyində yerləşən bu villanın 4 yataq otağı var. Villanın yerləşdiyi həyatin sahəsi 500kv.metrdir. Həyətdə sahəsi 100kv,metr olan hovuz da var. Bundan başqa villanın hər tərəfi videokameralarla quraşdırılıb.

Gələn xəbərlərə görə, bu azərbaycanlıların İspaniyada aldıqları ilk villa deyil. Məsələn, sabiq nazir Heydər Babayevin Kosta Blanka kurort şəhərində villası olduğu bildirilir.

Amma burada diqqətçəkəni odur ki, son zamanlar В«QaçqınkomВ» şefinin gəlirlərinin artdığı da müşahidə olunur. Qaçqın və məcburi köçkün ailələri üçün yeni evlər tikilir, yaşayış massivləri salınır. İş olan yerdə isə yeyinti ikanları da artır. Hər halda, Əli Həsənov həmin villanı halal maaşı hesabına əldə etməyib. Hələ də yataqxanalarda çürüyən qaçqın ailələri isə bilməlidirlər ki, onlara ayrılan vəsait heç də şübhəli ünvanlara yönəlmir. Möhtərəm Əli Həsənov kimi bir simanın rahat istirahətinin təşkilinə xərclənir.


Geri qayıt