Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOVLA OQTAY ŞİRƏLİYEVİ NƏ BİRLƏŞDİRİR?
ZİYA MƏMMƏDOVLA OQTAY ŞİRƏLİYEVİ NƏ BİRLƏŞDİRİR?6-06-2012, 16:21 |
![]() XƏSTƏXANA ƏRAZİSİNDƏ OTEL İNŞASI PLANININ ŞOK GİZLİNLƏRİ ELSEVƏR AĞAYEV FÜRSƏTDƏN NECƏ İSTİFADƏ ETDİ? DİA.AZ: - Bu günlərdə mətbuatda yer alan məlumatda deyilirdi ki, “Malakan bağı”nın yanında yerləşən Travmatologiya Xəstəxanası satılıb. Verilən xəbərə görə, bu proses tədricən həyata keçirilib və təxminən 3 il əvvəldən başlayıb. Əvvəlcə təmir adı ilə bütün işçiləri dağıdıblar başqa xəstəxanalara. Bir hissəsini metronun “Sahil” stansiyası ilə üzbəüzdə yerləşən 1 saylı poliklinikaya, bir hissəsini Axundov bağı ilə üzbəüzdəki 2 saylı poliklinikaya, bir hissəsini isə Çapayev küçəsində yerləşən travmatologiya məntəqəsinə yerləşdiriblər. Təmir adı altında bir neçə aydı xəstəxananı dağıdıblar, indi isə yerini satıblar yüksək vəzifəli şəxslərdən birinə məxsus holdinqə. Xəstəxananın yerində, düz şəhərin mərkəzində otel tikiləcək. Həkimlər baş verənlərlə bağlı bunları deyiblər: “Bizi köçürəndə dedilər ki, yeni xəstəxana tikib sizi ora köçürdəcəklər. Ancaq indi çoxumuz qalmışıq ortada. Xəstələrdə qalıb çöllərdə. Belə çıxır ki, bizə otel lazımdı, amma Travmatologiya Xəstəxanası yox. Bu biabırçılıqdı və biz yüz faiz əminik ki, bu işin başında səhiyyə naziri Oqtay Şirəliyev durur”. Bununla bağlı DİA.AZ redaksiyasına ilginc faktlar daxil olub. Mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, həqiqətən də Travmatologiya Xəstəxanası satılıb və onu bir özgəsi yox, Azərbaycanı Nəqliyyat Naziri Ziya Məmmədov alıb. Və bu proses çox maraqlı bir formada həyata keçirilib. Məlumatlı mənbənin söylədikləri: В«Məlumdur ki, səhiyyə nazirliyində xəstəxana ərazilərinin saxtakarlıq yolu ilə ayrı-ayrı şəxslərə stışının təşkilatçılığında usta adı çıxarmış bir şəxs fəaliyyət göstərir. Söhbət Oqtay Şirəliyevin də əlində əsir qaldığı səhiyyə nazirinin müavini Elsevər Ağayevdən gedir. Onun kimliyi barədə hər kəs məlumatlıdır. Ən azından yaddaşları xəfif şəkildə silkələdikdə görürük ki, Elsevər Ağayev Əli İnsanovun dövründən qalma yeganə nazir müavinidir və onun arxasında hakimiyyətiçi kürd qruplaşması dayanırВ». Mənbəmiz xatırladır ki, Elsevər Ağayev hələ Əli İnsanovun zamanında xəstəxanaların özəlləşdirilməsi prosesində böyük korrupsiyalara imza atan bir fiqurdur: В«Maraqlıdır ki, Əli İnsanov həbs olunarkən Elsevər Ağayevin adı istintaq materiallarında keçirdi. Lakin sonradan nazir müavininin adı çıxarıldı ki, bu işdə də ona himayədarlarının dəstək verdiyi məlum oldu. Hətta həmin ərəfədə Elsevər Ağayevin yeni nazirə təxminən 1 milyon dollarlıq zinət əşyası hədiyyə etdiyi də söylənildi. Və buradan həm də o aydın oldu ki, Elsevər Ağayev də onun həbsdə olan sabiq naziri Əli İnsanov kimi qızıl-zinət vurğunu imişВ». Mənbəmiz bildirir ki, indi də Travmotologiya Xəstəxanasının özəlləşdirilərək Ziya Məmmədova ötürülməsi işi də Elsevər Ağayevin əli ilə həyata keçirilib: В«Həmin ərazidə NN şefi özünə otel tikdirəcək və pul ondan olsa da, oteldə Oqtay Şirəliyevlə şərik olacaq. Buradan əsas uduşlu çıxanı isə Elsevər Ağayevdir. Çünki artıq nazirinin yetərincə qaranlıq işlərindən məlumatlı olan nazir müavini Əli İnsanovun dövründə olduğu kimi, indi də mövqelərini az qala əbədiyyətə qədər möhkəmlətmiş vəziyyətdədirВ». Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Bizi izləyin… Geri qayıt |