Əsas Səhifə > Güney Press / Manşet > DEPUTAT ƏLİ HƏSƏNOVUN ƏLİNDƏ ACİZ QALIB
DEPUTAT ƏLİ HƏSƏNOVUN ƏLİNDƏ ACİZ QALIB6-06-2012, 15:21 |
![]() В«QASİDВ» FİRMASINDAKI MALİYYƏ BÖHRANI QƏZETLƏRİ ÇÖKDÜRƏCƏK DİA.AZ: - Neçə müddətdir ki, В«QasidВ» mətbuat yayımı firmasının çökdürülməsi işi həyata keçirilir. Bildirək ki, sözügedən yayım firmasına millət vəkili, hakim düşərgədə kifayət qədər etimadı olan Mirkazım Kazımovun rəhbərlik etməsinə baxmayaraq, birbaşa olaraq Prezident Administrasiyasının xətti ilə В«QasidВ» mətbuat yayımı sistemindən kənarlaşdırılır. Xatırladaq ki, keçən günlərdəki məlumatımızda da В«QasidВ» firmasının bu gün maliyyə baxımından ciddi problemlər yaşadığını vurğulamışdıq və bildirmişdik ki, yayım firmasının qəzetlərə külli miqdarda borcu yaranıb. Təbii ki, bu borc firmanın heç də fəaliyyətinin keyfiyyətsizliyi və yaxud da yarıtmazlığı səbəbindən yaranmayıb. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, təkcə В«QasidВ» firmasının redaksiyalara borclanması ilə deyil, həm də bu firmanın bağlanması və bunun da nəticəsində yüzlərlə ailənin işsiz qalması ilə nəticələnə biləcək bu proses sırf olaraq PA-dan gələn basqıların təzahürüdür: В«Birbaşa olaraq PA-nın şöbə müdiri Əli Həsənova aid olduğu söylənilən yeni köşklər - В«Press KöşkВ»ləri dövriyyəyə soxmaqla və bir neçə mətbuat yayımı firmasının xətti ilə В«QasidВ» mətbuat yayımı bazarından çıxarılır. Təbii ki, buradə əsas hədəf deputatın firması deyil və əsas məqsəd В«QasidВ»in çökdürülməsindən ibarət deyil. Hədəf mətbuatın boğulmasıdırВ». Bildirək ki, yeni qəzet köşkləri В«QasidВ» firmasına aid köşklərin yerində quraşdırılsa da, həmin köşklər В«QasidВ» firmasından qəzet alır: В«Əslində bu da bir növ tələdir. Yeni köşklərə В«QasidВ»dən qəzet getsə də, onlar qəzet satışı ilə yox, daha çox ərzaq malları satışı ilə məşğul olduqlarından qəzetlərin 90 faizdən çoxu geriyə qayıdır. Bu isə işçilərinə və redaksiyalara pul verməli olan В«QasidВ» firması üçün böyük zərbədir. Çünki əvvəllər həmin yeni köşklərin yerində fəaliyyət göstərən В«QasidВ»ə aid qəzet köşklərində qəzet satışından hər ay firmaya yetərincə vəsait daxil olurduВ». Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, bu da azmış kimi yeni köşklərdə satılan qəzetlərin pulları da В«QasidВ» firmasına verilmir: В«Bu da bir təzyiqdir. Aylardır ki, yeni köşklərdən В«QasidВ» firmasına pul daxil olmur və həmin vəsaitin tələb olunma mexanizmi də yoxdur. Çünki В«QasidВ» firmasının rəhbərliyi də PA-nın şöbə müdiri Əli Həsənova qarşı getməkdən ciddi şəkildə ehtiyatlanırВ». Amma bu ehtiyatlılığın heç bir səmərə verməyəcəyi göz qabağındadır. Bu barədə danışan mənbəmiz bildirir ki, Mirkazım Kazımovdan fərqli olaraq əli Həsənov hərəkətdədir: ««QasidВ» firmasına ən samballı zərbəni isə bu günlərdə vurdular. Firmanın bir başqa gəlir yerlərindən ən əsası hesab olunan abunə işi də birdəfəlik olaraq В«QasidВ»in əlindən alınıb. Əgər dünənə qədər Əli Həsənovun adamları ayrı-ayrı büdcə təşkilatlarına özlərinə yaxın mətbuat firmalarını abunə təşkili ilə bağlı məsləhət kimi görürdülərsə, artıq bu məsləhət də tələbə, öhdəliyə çevrilib. Yəni PA-dan təlimat verilir ki, büdcə təşkilatlarında çalışanlar qəzetlərə В«QasidВ»in deyil, Əli Həsənova yaxın mətbuat firmalarının xətti ilə abunə olsunlarВ». Bunun so nəticədə müstəqil mətbuata böyük əngəl olacağını bildirən mənbəmiz redaksiyaların Əli Həsənovun yayım bazarına müdaxiləsinə sərt reaksiya verməsinin vacibliyini də vurğuladı. Araşdırmalarımız davam edir. Adları çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləyin… Geri qayıt |