Əsas Səhifə > Güney Press / Manşet > OVA GEDƏN TAĞI ƏHMƏDOVUN ÖZÜ OVLANIR
OVA GEDƏN TAĞI ƏHMƏDOVUN ÖZÜ OVLANIR5-06-2012, 17:07 |
![]() BAKI METROPOLİTENİNDƏ RƏHBƏR DƏYİŞİKLİYİ GÖZLƏNİLİR DİA.AZ: - Məlum olduğu kimi, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov В«AzadlıqВ» qəzetini məhkəməyə verib və qəzetdə yer almış В«Tağı Əhmədov 5 qəpikləri mənimsədiВ» başlıqlı məqaləyə görə, redaksiyadan 200 min manat təzminat istəyir. Amma deyəsən, Tağı Əhmədov həmin məhkəmənin qərarını vəzifə başında ala bilməyəcək. Bu barədə Nazirlər Kabinetindəki məlumatlı dairələrdən DİA.AZ-a ötürülən məlumatda deyilir ki, hökumət Metropoliten rəhbərliyində dəyişiklik planlaşdırır. Mötəbər qaynağın iddiasına görə, Tağı Əhmədov Naxçıvan klanının nüfuzlu simalarından biri kimi rəqib cinahın hədəfinə çevrilib: В«O, özünü vəzifə başında kifaət qədər arxayın hiss edən tək-tük məmurlardan biridir. Amma buna rəğmən baş metroçunun rəqibləri onu üstələməyə müvəffəq olublarВ». Mənbəmiz bildirir ki, Tağı Əhmədovun В«vurulmasındaВ» əsas maraqlı tərəf hakimiyyətiçi kürd qruplaşmasıdır. Və onlar В«yuxarılarıВ» inandıra biliblər ki, artıq mteropolitendə rəhbər dəyişikliyinin zamanı yetişib. Dəyişikliyin özünün isə bu ilin avqust ayında baş tutacağı bildirilir. Geri qayıt |